Üzün proqressiv hemiatrofiyası

Üzün proqressiv hemiatrofiyasıBu üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin əmələ gəlməsinin əsil səbəbi tibbə məlum deyil. Bəzən səbəb kimi aşağıdakılar göstərilir:
- üzün və ya kəllənin zədələri
- yoluxucu xəstəliklər
- üçlü sinirin nevralgiyası.
Əksər hallarda üzün proqressiv hemiatrofiyası yuxarıda sadalanan xəstəliklərdən sonra baş verir. Çünki üzün hemiatrofiyasının inkişafında vegetativ sinir sisteminin xəstəlikləri də əsas rollardan birini oynayır. Bəzi mütəxəssislər isə xəstəliyin baş verməsində üçlü sinirin zədələnməsini və funksiyasının pozulmasını səbəb göstərirlər.
Xəstəliyə əsasən 10-20 yaşlı gənclər arasında rast gəlinir. Atrofiya üzün məhdud sahəsində baş  verir. Çox vaxt üzün sağ tərəfi zədələnir. Bu zaman əvvəlcə dəri, sonra dərialtı piy qatı, əzələlər, sümüklər atrofiyalaşır və piqmentsizləşir. Bu zaman Horner sindromu meydana çıxır. Xəstəlik baş verən nahiyədə hissiyyat pozulmaları olmur, nevralgik ağrılar qeyd edilir. Tüklərin codlaşması və rənginin itirməsi xəstəliyin əlamətlərindən sayılır. Ağır hallarda üzün kobud simmetriyası baş verir, dəri nazilir, qırışır. Bu zaman dərinin altından damarlar görünür, kiçilmiş çənədən dişlər tökülür. Bəzi hallarda atrofiya prosesi boyun, bazu qurşağı, əllər və bədənin yarısına kimi yayılır və total hemiatrofiya inkişaf edir.
Xəstəlik yalnız sərbəst şəkildə deyl, digər bəzi xəstəliklərin ağırlaşmaları halında da meydana çıxa bilir. Aşağıdakı hallarda da üzün hemiatrofiyası meydana çıxa bilir:
* sirinqomieliya
* üçlü sinir şöbəsinin şişləri
* boyunun simpatik sinirlərinin zədələnməsi hallarında
* qalxanabənzər vəzdə zədələnmələr olduqda.
Xəstəliyim müalicəsi yoxdur. Ağrılar gücləndikdə ağrıkəsicilərdən və qıcolma əleyhinə preparatlardan istifadə edilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 977   Tarix: 29 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin sayti sekis qaşların formalari güllərin mənası cennet almasinin murebbesi kosmetika bayraq dostluq usaq seirleri brusell bakteriyası məsəllər