Uzunömürlülüyün sirri açıldı

Uzunömürlülüyün sirri açıldıQocalıq dövründə böyrək və qaraciyər parametrləri, həmçinin qlükoza və sidik turşusu səviyyələri diqqətlə izlənməlidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, uzunömürlülüyün sirlərini araşdıran beynəlxalq alimlər qrupu uzun onilliklər apardıqları müşahidədən sonra bu qənaətə gəliblər. Araşdırmanın nəticələri "GeroScience" jurnalında dərc olunub.
Alimlər 100 il yaşamış insanlarla bu yaşdan əvvəl ölən insanların biomarker profillərini müqayisə ediblər. Beləliklə, onlar qan tərkibi ilə yüzilliyə qədər sağ qalma şansları arasındakı əlaqəni anlamağa çalışıblar.
"Tədqiqatımıza 64-99 yaşlarında sağlamlıq müayinəsindən keçən 44 min isveçlinin məlumatları daxil edilib. Bu iştirakçılar daha sonra 35 il ərzində İsveç reyestrində izlənilib. Bu insanların 1224-ü (2,7%) 100 yaşa qədər yaşayıb. 100 yaşı olanların böyük əksəriyyəti (85%) qadınlar idi", - deyə Karolinska İnstitutunun epidemiologiya kafedrasının dosenti, 35 il layihə üzərində işləyən Karin Modiq bildirib.
Tədqiqata iltihab, metabolizm, qaraciyər və böyrək funksiyası, həmçinin potensial qida çatışmazlığı və anemiya ilə bağlı 12 qan biomarkerləri daxil edilib.
Məlum olub ki, 100 yaşa qədər yaşayan insanların 60 yaşından başlayaraq qlükoza, kreatinin və sidik turşusunun səviyyəsi nisbətən aşağı olub. Onların böyük əksəriyyətində şəkərin səviyyəsi 6,5-i keçməyib.
Həmçinin müəyyən edilib ki, ümumi xolesterol və dəmir səviyyəsi aşağı olan insanların 100 yaşa qədər yaşama ehtimalı daha azdır.
"Tədqiqat biomarker dəyərlərinə hansı həyat tərzi faktorlarının və ya genlərinin cavabdeh olduğu barədə aydın nəticələr çıxarmağa imkan vermir. Bununla belə, pəhriz və alkoqolun bunda mühüm rol oynadığını güman etmək məqsədəuyğundur. Böyrək və qaraciyər funksiyasını, eləcə də yaşlandıqca qlükoza və sidik turşusunun səviyyəsini izləmək pis fikir deyil", - deyə Karolinska Universitetinin alimi bildirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1104   Tarix: 13 oktyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gelinlikler qaşların formalari yay kolleksiyasi psixoloji məsləhətlər kombinler 2026 yay sudun terkibi hamiləlikdə kosmetika vicdan novruz bayramina aid hakisdalar intim munasibetler qızlıq pərdəsi burcler haqqinda