Valideynlərin nəzərinə! Uşaq depressiyaları

Valideynlərin nəzərinə! Uşaq depressiyalarıDepressiya Dünya Sağlamlıq Təşkilatı tərəfindən ən əhəmiyyətli on sağlamlıq problemindən biri olaraq qəbul edilmişdir.
Aparılan araşdırmalar, ilk dəfə majör depressiyanın çox kiçik uşaqlarda belə xronikiləşə biləcəyini göstərmişdir.
Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz. Uşağın təməl xüsusiyyətlərinə, psixoloji xüsusiyyətlərinə və ətrafın təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir.
Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq, özünü tək və çarəsiz hiss edər. Çoxu vaxtı valideynlər, uşağın yaşadığı böhrandan xəbərsizdir. Uşaqların fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünərlər. Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsədə, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirlər. Ancaq mühakimə gücləri inkişaf etməmiş olduğundan, problemlərin nədən qaynaqlandığını anlamazlar, çox vaxtda problemlərin özlərindən qaynaqlandığını zənn edərlər. Valideynlər uşaqlarının ruh sağlamlığına təsir edəcək davranışlarından qaçmaları həm uşaqlar, həm də özləri üçün çox əhəmiyyətlidir. Körpəlik və uşaqlıq dövründə meydana gələcək psixoloji narahatlıqlar, uşaqların yetkinlik dövrünə də əks olunur. Uşaqda meydana gələcək psixi çöküntü, həyatı boyunca qarşısına çıxıb onu narahat edə bilər.
Uşaqlarda ən əhəmiyyətli depresiya səbəbi, anadan ayrılıq vəziyyətidir. Uşaqlar, ana ayrılığına ilk etapda ani narahatlıq, hirs partlamaları ilə reaksiya göstərirlər. Ananı geri gətirmə səyi göstərərlər. Daha sonra ümidin itirilməsi, susqunluq, kədərlilik və ağlamalar müşahidə olunar. Bir müddət sonra da özünü buraxma və qədərə təslim olma halları ilə qarşılaşırlar. Bu dövrdə uşaqlar, yetkin depresiya xüsusiyyətlərini göstərirlər.
Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanmayan, stress altında, diqqət əksikliyi, öyrənmə və ya davranış pozulması olan uşaqlar daha asan depressiyaya düşürlər.
Uşaqlarda depressiyanın əsas əlamətləri aşağıdakılardır:
- Müəyyən bir səbəb olmadan yersiz şəkildə və ya ola biləcək şeylər haqqında narahatlıq hiss edirlər.
- Yuxusuzluq kimi şikayətlər, qorxulu yuxular və tək yata bilməmə halları özünü göstərir.
- Ümumiyyətlə gərgin, ağlağan, narahat olar, düşüncələrini toplamaqda çətinlik çəkərlər.
- Bir insandan həddən artıq asılı olma, utancaqlıq kimi davranışlar göstərərlər.
- Məktəbli uşaqda ətrafı və yaşıdları tərəfindən təsdiqlənməyəcəyi qorxusu ön plana çıxar. Uşaq öz fikirini söyləməkdən çəkinə bilər, bəzilərinin köməyi və dəstəyi olmadan bir işə girişmək istəməyə bilər, yoldaşlığa başlamaqda çətinlik çəkə bilərlər.
- Səhv bir şey söyləyə biləcəyi qorxularıyla dərsdə iştirakı azala bilər. Dərslərinidə uğurlu ola bilməyəcəyi narahatlığıyla məktəbə gəlmək istəməyə bilər.
- Özünü boşluqda hiss etmə.
- Tez ağlamaq.
- Tez-tez baş ağrısı, qarın ağrısı kimi fiziki şikayətlər.
- Sevdiyi şeyləri etməmək, zövq almamaq, oyun oynamamaq.
- Dəyərsizlik duyğusu, kimsə tərəfindən sevilmədiyindən ya da az sevildiyindən şikayət etmək
- Günahkarlıq duyğuları, olanları öz günahı olaraq şərh etmək
- Ümidsizlik
- Bədbəxtlik
- Enerji əksikliyi
- Ünsiyyət əksikliyi
- Hirs və ya düşmənlik davranışlarında artma
- Az ya da çox yemək yemək
- Küsəyənlik
- Həddindən artıq hərəkətlilik ya da əksi
- Diqqət dağınıqlığı, məktəbdə müvəffəqiyyətdə uğursuzluq
- Ailə əlaqələrində pozulmaq, söz dinləməmək ya da çox səssiz qalmaq
- Ailə xaricində uyğunlaşma çətinliyi
- Ailə problemlərində əməkdaşlığından qaçmaq
- Ailədən uzaqlaşmaq
- Yoldaş problemlərində artma, özünü kənarlaşdırılmış və tək hiss etmək
- Evdən qaçmaqla əlaqədar sözlər və ya təşəbbüslər
- Ölümdən danışmaq, qorxmaq
- İntihar cəhdi
Depressiyadakı bir uşaq çox adi bir bəhanəylə problem çıxara bilər. İstədiyi bir şey üçün təkid etməsi, normal bir uşağın təkid etməsindən çox fərqlidir. Normal bir uşaq, istədiyi bir şeyin olması üçün bir müddət israr edər, edilə bilmədiyində qəbul edə bilər. Depressiyadakı uşaq isə məqsədsiz, hər hansı bir şey üçün israr edə bilər.
Uşaqlıq depresiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir. Çünki uşaqların bir çoxu duyğu və düşüncələrini dilə gətirməkdə çətinlik çəkərlər. Uşaqlar, razı olmadıqlarında, qorxduqlarında ya da özlərini pis hiss etdiklərində ağlayarlar. Böyüklər, bu vəziyyətdə, uşağı əyləndirərək, diqqətini başqa istiqamətə çəkərək, bu duyğuların keçəcəyini düşünərlər. Məktəb və yoldaş əlaqələrindəki dəyişikliklər qiymətləndirilməli, bu mövzuda müəllimlər, məktəbdəki rəhbərlik mütəxəssisləri və məktəb rəhbərliyinin dəstəyi alınmalıdır. Bu dövrdə xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir. Buna görə də ailələr uşaqlarına nümunə olmalı, yeni düşüncə formaları yaradılmasında onlara köməkçi olmalıdırlar. Çunki uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürə bilərlər. Onların ən çox ehtiyac duyduqları şey sevgidir.
Uşaqlıq  depresiyaları uşağın şəxsiyyət və ictimai inkişafını birbaşa təsir edir. Bu səbəbdən depresiyanın diaqnozu və müalicəsi əhəmiyyət daşıyır. Bu vəziyyətdə ana-atalar və müəllimlər uşaqların ruhi vəziyyətləriylə əlaqədar məlumat toplamalı və uşaqların davranışlarıyla əlaqədar yaxşı bir müşahidəçi olmalı, lazım olduqda uşaqların ruh sağlamlığıyla məşğul olan bir mütəxəssisə müraciət edilməsi lazımdır. Ətrafda belə bir mütəxəssis yoxdursa uşaq psixoloqlarından kömək istəmək olar, uşaq psixoloqu ilkin qiymətləndirməni etdikdən sonra valideynləri istiqamətləndirəcəkdir.
Ruslan Kamilov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetika mehsullari həkim məsləhəti yay geyimləri 2026 maskalar hamilə qalmaq bürclərin uyğunluğu seksin növləri kosmetika qiz adlari maya maskasi novruz hakista novruz bayramına aid hakışta baliq burcu