Vaxtından əvvəl qocalmanın səbəbləri açıqlanıb
San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri "American Journal of Epidemiology" jurnalında dərc edilib.
Tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.
Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.
Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.
Azertag.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?