Vəfa qadın alverçisi imiş, POLİSLƏR YAXALADI – FOTO
Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq, orada cinsi istismara məruz qoyan qadın həbs edilib.
Xanim.az A24.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vəfa Mürşüdova saxlanılıb.
Vəfa Mürşüdovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.
Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.
Orada işə düzəltmək adı ilə apardığı qadınların zorla kişilərlə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınları isə döyüb, onlara işgəncə verib. İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəldə insan alveri törətdiyi üçün məhkum olunub.
Həbsdən çıxan Vəfa yenidən eyni əməllərini davam etdirib.
Vəfa Mürşüdovanın barəsində istintaq davam edir.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz