"Vəsiyyət etmişəm ki, xəstələnsəm evimə kamera girməsin"
Buradan köçüb getmə imkanlarım olub. Amma etmədim. Vətəni sevən insanam. Bircə dəfə Hollivudda olanda paxıllıq hissi keçirdim. Pis olmuşdum. Fikirləşdim ki, eyni sənətin daşıyıcılarıyıq. Bəxtiniz gətirib sizi dünya tanıyıb, bizi yox. Sonra o da keçdi".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Fatehin divanı" proqramında deyib. Aktrisa sənətdə özünü çərçivələrə salmadığını söyləyib:
"Çərçivələri sevmirəm. Düşünmürəm ki, 35 il buradayam, artıq oturuşmuş halım var. Bu gün özümü tələbə kimi də apararam. Hər teatrda oynayaram. Bircə baletə gedə bilmərəm".
S.İsgəndərli qızına etdiyi vəsiyyəti də açıqlayıb:
"Demişəm ki, xəstələnsəm evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yataxığında görüntülərin gördüm. Onda qərar verdim ki, olmaz". (Axşam.az)









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür