Virus infeksiyasından sağalan uşağın hərarəti 35-dən aşağı olarsa

Virus infeksiyasından sağalan uşağın hərarəti 35-dən aşağı olarsaUşaq yoluxduğu hansısa virus infeksiyasından sağaldıqdan sonra zəif görünür, yaxşı yemir, gecələr ağlayır və ya narahat olur, üstəlik bədən temperaturu 35-dirsə, bu, hipotermik sindrom adlanır. Hipertermik sindrom (hərarətin yüksəlməsi) uşağı necə narahat edirsə, hipotermik sindrom (hərarətin düşməsi) da eyni dərəcədə narahat edəcək. Fərq ondadır ki, hərarət düşdüyü zaman bədən soyuq olur və biz onu isitməyə çalışırıq. Hərarəti normadan aşağı düşən uşaq üşüyür və çox zaman bunu ağlamaqla bildirir. Onun bədəni soyuyur, dəri rəngi avazıyır, nitqi aydın olmur və baxışı donuq görünür. Bu əlamətlər qıcolmaya bənzəsə də, qıcolma deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, bədəni isitmək üçün ən yaxşı yol dəri-dəriyə təmasdır: "Körpə bədəni ilə təmas üçün ana qucağı yetərli olur. Daha yuxarı yaş qrupuna aid uşaqları isə isti adyala bükmək, ayaqlarına ya istiqac, ya da isti su doldurulmuş plastik butulka qoymaq, bədəni kamfora yağı ilə ovuşdurmaq lazımdır. Yeri gəlmişkən qeyd edim ki, uşaqların bədənini araq ya spirtlə ovuşdurmaq olmaz. Bu zaman damarlar genişlənir, əllə toxunduqda isinmə hiss edirik, amma əslində isə bədənin bütün istiliyi xaric olunur. Ona görə də bu üsul yalnız hərarət yüksək olan zaman faydalıdır. Bədən temperaturu yüksək olduqda isə kamfora yağı istifadə edilə bilməz. Çünki kamfora yağı tədricən təsir edir və neyroreseptorları qıcıqlandıraraq bədənin tonusunu qaldırır. Uşağa isti maye içirtməyi də unutmuruq, hərarəti 35-dən aşağı olarsa, mütləq təcili yardım xidmətinə müraciət etmək lazımdır".
A.İsmayılzadənin dediyinə görə, yuxu zamanı bədən hərarətinin normadan bir dərəcə enərək 35,6 olması normal haldır: "Ona görə, yatarkən üstümüzü örtmək ehtiyacı duyuruq. Amma bu, körpələrdə metabolizm sürətli olduğundan baş vermir və onlar üstlərinə örtülmüş adyalı biixtiyar olaraq açırlar. Hərarətli virus infeksiyası günlərindən sonra baş verən bu cür hallar sürpriz deyil. Çünki hərarət tənzimləyən mərkəz virus toksininə görə günlərlə güclü iş rejimində olur və sonda sanki iş pozulur. Uşağa eyni vaxtda verilən müxtəlif hərarətsalıcılar da buna təsir göstərən mühüm amillərdəndir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1581   Tarix: 08 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetika mehsullari geyim şəkilləri toy gecesi qadın parfumeriya dirnaq uzatmaq yollari süni qidalar necə tez arıqlayım kosmetika usaq geyimleri səməd vurğun sac modelleri brusell bakteriyası