Virusa qarşı dərmanlar hamiləyə və körpəyə necə təsir edir?

Virusa qarşı dərmanlar hamiləyə və körpəyə necə təsir edir?Hamilələlər xəstəlikdən qorunmaq, panikadan uzaq olmaq üçün nə etməlidirlər?
Dünyada milyonlarla insanı yoluxduran yeni növ koronavirus infeksiyası COVİD-19 hamilələrə öz mənfi təsirini göstərməkdədir. Hamiləlik dövrü qadınlar üçün çox həssas və stresli bir dövrdür, belə ki, analar özləri və körpələrinin yoluxmasından çox narahatdır. Bu müddətdə hamilələlər aylıq tibbi müayinələrinə davam etməli, gigiyenik və təmizlik qaydalarına yüksək səviyyədə riayət etməli, stress və narahatlıqlardan uzaq olmalıdırlar.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mama-ginekoloq, Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəslsəfə doktoru Təranə Bayramova bildirib. COVİD-19 infeksiyasının hamiləliyə təsiri barədə danışan mama-ginekoloq bildirib ki, yeni tip koronavirus infeksiyası - COVİD-19 əsasən hərarətin olması, öskürək və təngnəfəslik kimi simptomlarla özünü göstərir. Dünyada virusa qarşı hər hansı bir vasitə, peyvənd icad olunmadığı üçün insan həyatını təhlükə altına alan Covid-19-dan qorunmaq çox vacibdir. Ümumilikdə bu xəstəliyə yoluxan insanların 80 faizi xəstəliyi simptomlar olmadan keçirir, bu isə güclü immun sistemi ilə izah olunur.
Onun sözlərinə görə, xəstəlikdən qorunmaq və yoluxmamaq üçün kontakt səthlər azaldılmalı, maskaların taxılması və düzgün istifadəsi, əllərin təmiz yuyulması və dezinfeksiya olunması və sosial məsafənin saxlanılması kimi tədbirlərə əməl olunmalıdır: "Müşahidələr və təcrübə göstərmişdir ki, hamiləlik zamanı COVİD-19-la yoluxma hallarına daha az rast gəlinir. Pandemiya prosesi ümumilikdə həddən artıq həssaslıq və stress yaratmaqla hamilə qadınlara psixoloji olaraq mənfi təsir göstərməkdədir.
Bu səbəbdən hamilə qadınlarda yuxu saatları düzgün təyin olunmalı, qidalanmaya diqqət edilməli və fiziki hərəkət məhdudlaşdırılmamalıdır. Stress və hədsiz həssaslıq immun sistemini sarsıdan amillərdəndir".
Mütəxəssis qeyd edib ki, xüsusilə hamilə qadınlar xəstəlikdən özlərini daha çox qorumalı, panikadan uzaq olmalıdır. Hamiləlik dövründə qadınlarda ağciyər tutumunun azalması və ürəyin iş yükünün artması ilə əlaqədar fizioloji dəyişiklik baş verir: "Buna görə də hamilə qadınlarda respirator infeksion xəstəliklər daha ağır seyr edə bilər. Lakin yoluxmuş hamilə qadının hər hansı bir xroniki xəstəliyi olmadıqda COVID-19 infeksiyasının təzahürü və gedişatı yaş qrupu ilə müqayisədə o qədər də ağır keçmir".
T. Bayramova onu da bildirib ki, xəstəliyin müalicəsində istifadə olunan dərmanlar C kateqoriyasına aiddir, dölə və körpəyə təsir etmir, həmçinin xəstəxanalarda COVİD-19 müalicəsi üçün istifadə edilən dərmanlar hamilə qadınlarda malyariya və revmatoloji xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.
Onun sözlərinə görə, yoluxmuş hamilə qadınlarla aparılan tədqiqat işləri nəticələrinə əsasən məlum olub ki, COVID-19 olan hamilə qadınların müalicə nəticələri, hamilə olmayanlara uyğundur: "Hamilələrin 60%-ində dölün bərndaxili hipoksiyası səbəbiylə vaxtından əvvəl doğum gerçəkləşmişdir, tədqiqat qrupuna daxil olan ana və körpələrdə ölüm halları qeyd olunmamış, yenidoğulmuşlarda isə virus aşkarlanmamışdır. Nəticə etibarilə əsas risk faktoru hamiləlik deyil, digər yanaşı xəstəliklər hesab olunmaqdadır".
Ginekoloq həmçinin bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqəli doğuşların cərrahi yolla sonlandırılmasına dair heç bir təklif verilməyib: "Hər hansı bir tibbi göstəriş olmadığı təqdirdə, tənəffüs fiziologiyasına daha az təsir göstərməsi, ana və yenidoğulmuşların sağlamlığına müsbət təsir etməsi və xəstəxanada qalma müddətinin qısa olmasına görə normal doğuşa üstünlük verilməsi vacib hesab olunmaqdadır. Zahılıq dövründə südvermə əks göstəriş hesab olunmur. Yenidoğulmuşların ana südü qidalandırılması immun sisteminin möhkəmlənməsinə səbəb olan əsas amillərdəndir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1591   Tarix: 13 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

hamiləlik kosmetika mehsullari geyim şəkilləri hamilə qala bilmək uşaqlar üçün menstruasiya morugun faydasi kosmetika baldıza aid hakışta aydin sani kondom nedir paxlava ginekoloq