Xalq artisti qızının qarşısında can verib - "Suyu ona çatdıra bilmədim" - VİDEO - FOTO

Xalq artisti qızının qarşısında can verib - "Suyu ona çatdıra bilmədim" - VİDEO - FOTOARB TV-nin "Bu qədər" proqramı bu dəfə mərhum aktyor, xalq artisti Telman Əliyevin həyatını işıqlandırıb.

Milli.Az bildirir ki, proqramda onun ailəsiylə yanaşı sənət dostları da xatirələrini bölüşüblər:

Zemfira Əliyeva - Həyat yoldaşı: "Çox gözəl insan, həyat yoldaşı idi. Onun elə gözəl insani keyfiyyətləri var idi ki, hələ də mənim ürəyimdə yaşayır. Bütün ailələrə Telman müəllim kimi ailə başçısı arzu edirəm. Gəncə teatrında ən gözəl rolları ona verirdilər. Ən çox komediya rollarını ifa edirdi. Onun oynadığı tamaşadan sonra heç kim onu oynaya bilmədi. Hacıbaba müəllimlə, səhv etmirəmsə, Səyavuş müəllim Bakıya gəlməyi təklif etdi. Bakıya gəldik və Musiqili Komediya Teatrında işləməyə başladı. Çox gözəl rejissorluğu var idi. Bütün gənclərə kömək edirdi. Çox xoşbəxt müəllim idi. Tələbələr onu çox sevirdi. Tələbələr evə gəlib baş çəkdi. Durdu orada danışdı. Təşəkkür elədilər Telman müəllimə. Tələbələr gedəndə pəncərədən əl etdi. Gördüm ki, tamam dəyişdi. Bir stəkan su içməyə, həm də ona su gətirməyə keçdim. Həmin vaxtı gördüm ki, qızım içəridə qışqırdı. Suyu ona çatdıra bilmədim. Həyat yoldaşı kimi, xanım kimi çox boşluq hiss edirəm".

Mətanət Həsənova - Qızı: "Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında eləsin".

Xəbərlər     Baxılıb: 2069   Tarix: 25 dekabr 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari