Xatunla Rüfətin dueti erməni mahnısı imiş... - VİDEO

Xatunla Rüfətin dueti erməni mahnısı imiş... - VİDEOMüğənnilər Xatun Əliyeva və Rüfət Axundovun "Sənə qədər" adlı duetinin erməni ifaçılar Sona Sarkisyanla Ara Martirosyanın birgə ifa etdiyi "40 Градусов" mahnısının plagiatı olduğu üzə çıxıb.
Open.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, Sonayla Aranın mahnısının sözləri erməni aparıcı və söz yazarı Avet Barsaqyana, musiqisi isə Ara Martirosyanın özünə aiddir. Rüfətlə Xatunun duetində isə musiqinin Pənah Eldara, sözlərin isə Sahilə adlı xanıma məxsus olduğu qeyd edilib.
Avet Barsaqyan - aparıcı və söz yazarı.
Xatunla Rüfətin dueti erməni mahnısı imiş... - VİDEO2018-ci ildə təqdim edilən və "Youtube"da 12 milyondan çox baxış sayı toplayan "40 Градусов"la "Sənə qədər" mahnısının sözlərində, musiqisində və aranjimanında oxşarlıqlar çoxdur.

Eyni xətt üzrə hərəkət edən mahnıların sözlərindəki oxşarlıqlar bunlardır:
"Sənə qədər" mahnısının girişindəki "Я твою любовь и грусть знаю наизусть. По глазам могу прочесть смех и ненависть. Сердце оставляет след, не размыть водой. Через сотни тысяч лет, всё равно с тобой" sözləri ilə "Nə eşqdir, bu ürəyim baxmır sözümə. Addım - addım bir ömür düşüm izinə. Gözümün içinə bax, gülsün gözlərim. Baxışın silinmir inan əzbərimdən" sözləri, həmçinin, "В сердце 40 градусов а в душе жара" sözləri ilə "Əlinə toxunsam yanar ürəyim" hissələri də oxşardır.
Mahnının nəqarətindəki "Bəlkə dəli olmuşam, bəlkə də yox. Bəlkə də mən sevgini səndə tapmışam" sözləri ilə "40 Градусов"dakı "Может я с ума сошла, а может нет. Может я любовь нашёл" sözləri eyni mənaya gəlir. Mahnıların sonu da eyni kəlmə ilə bitir. Sona Sarkisyanla Ara Martirosyan "Мы с тобой любовь нашли", Xatunla Rüfət isə "Bu eşqi birgə tapdıq" sözləri ilə ifalarına son qoyurlar.

Hətta klipdə də bənzərliklərin olması diqqət çəkir. Erməni ifaçıların mahnısını Karen Amyan, Xatunla Rüfətin ifasını isə İlham Yaşaroğlu ekranlaşdırıb. Hər iki ekran işində şəhər görüntülərindən, bir-birinə bənzəyən kadrlardan istifadə olunub. /open.az

Şou Biznes     Baxılıb: 1627   Tarix: 02 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

.

Mehriban Xanlarova buna görə verilişlərə getmir

Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb. Aktrisa bu barədə canlı yayımda olarkən danışıb. O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib. "İşləmirəm

.

11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. "axşam.az"a istinadla xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

turlar.az

hamiləlik makiyaj instagram toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər əllərin tərləməsi tanınmış qadın simalar hind paltarlari kosmetika qardasa aid haxistalar ekizler haxisda lakonizm qiz burcu