Xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHI

Xəbər aparıcılarının tələffüz zamanı etdikləri səhvlər açıqlanıb - SİYAHIAzərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

Xanim.az-ın "Report"a istinadən xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayyət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, "Space" televiziya kanalındayayımlanan "Hər gün" verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı "Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]", "Tənzimlənməsi" - [Tənzimləmməsi], "Məksədilə"- [Məksədiynən], "İşləri ilə"- [İşləriynən], "Qanlı"- [Qannı], "Abonentlərə"- [Abonentdərə], "Məhdudiyyətlər"- [Məhdudiyyətdər], "Dünyə "[dünya], "Xəbərləriilə" [xəbərrəriynən] və s. kimi səhvlər edir.

"Hava" xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı "Timperatur"- [temperatur], "Təşkil edəcəy"- [təşgil edəcəxʹ], "Sporsorluğiylə"- [Sporsorruğuynan], "İzliyirsiniz"-[izdiyirsiz] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı "axşam saatlarında" - [sa:tdarında], "ölümlə" - [ölümnən], "təfərrüatları" - [təfərrüatdarı], "faktla" - [faktnan], "silahlarla" - [silahlarnan], "yaşlı"- [yaşdı], "sonra"-[so:ra], "oyuncağ"-[oyuncax], "Dövlət" [dö:lət], "Yaranmasının" [yarammasının], "Fərqləndiklərinə" [fərkləndixʹlərinə], "bəha:nə imiş" [bəha:nəymiş], "şiddətli" [şiddətdi] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı "Logistika"-[lagistika], "Sakinləri"-[sakinnəri], "Valideynlər"-[valideynnər], "Birləşmiş Ştatların"-[ştatdarın], "CNN-Sineen" -[SieNeN], "İş adamları üçün" - [adamlarıyçün], "Pasportlarda"-[pasportdarda], "Qanla"-[qannan], "Bıçağlıyaraq" - [bıçaxlıyarax], "Yatağxanada"-[yataxxanada], "Yanığ"-[yanıx], "Yaşayan"-[yaşıyan], "Təfərrüatları"-[təfərrüatdarı], "Küçəyə"-[küçiyə], "lənkəranlı" [lənkərannı], "mal-qaraya" [mal-qarıya] və s. kimi səhvlər edir.

"Lider" televiziya kanalında yayımlanan "Səda" verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı "Cəbhə boyu" [Cəbhəboyu], "Xa:ci" [xarici], "Mövlüd" [mövlud], "Gündəlikdə" [Gündəlixʹdə], "Ame:ka" [Amerika], "Qa:dının" [qadının], "Atəşkəş" [atəşkəs], "Ya:rış" [yarış] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı "Yeddi" [yetdi], "Anjeʹy Kapişek" [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı "Gərək" [gərəxʹ], "Keşik" [keşixʹ], "Karakısda" [karakasda] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı "gərginlik" [gərginlixʹ], "metıdını" [metodunu], "sinoptikləʹr" [sinopʹtiklər], "tufanın" [tu:fanın ] və s. kimi səhvlər edir.

"ATV" televiziya kanalında yayımlanan "ATV xəbər" verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı "Dövlət" [dö:lət], "Sərəncamıyla" [sərəncamıynan], "Aşəğ" [aşıx], "Şöhrət ordeni ilə" [ordeniynən], "Ümumiyyətlə" [ümumiyyətnən], "İlham Əliyevlə" [Əliyevnən], "Onlardan" [onnardan], "Gücləndirilmiş" [güjdəndirilmiş],"Dövlət Agentliyinə" [Agentdiyinə], "Nazirliyinə" [nazirriyinə], "Xəsənovanın" [Həsənovanın ], "İlliy" [illixʹ], "Həsr olunmuş" [olummuş], "Tədbirlər" [tədbirrər], "Hazırlayıb" [hazırrıyıp], "Sonra" [sora], "Bizimlə" [bizimnən], "İzliyə" [izdiyə], "İkigünlük" [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı "Dəstək" [dəstəxʹ], "əməkdaşları" [əməxʹdaşdarı], "qoşunların" [qoşunnarın], "gözlənilir" [gözdənilir], "mərkəzlərin" [mərkəzdərin], "çətinliklər" [çətinnixʹlər], "fatoqraflar" [fotoqraflar] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı "Xeyirli" [xeyirri], "Yerli" [yerri], "Onlarla" [onnarnan], "Buynuzlu" [buynuzdu], "Kəsməy" [kəsmək], "Gömrük" [Gömrüxʹ], "Güjlü" [güjdü], "Çənəyə" [çəniyə], "Ama" [amma], "Sonra" [so:ra] və s. kimi səhvlər edir.

"İdman" verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı "Oyunlara" [oyunnara], "Kənarlaşdıran" [kənarraşdıran], "Hesabıyla" [hesabıynan], "Bəra:bərliylə" [bəra:bərrixʹnən], "Fənərbaxça" [Fənərbağça], "Azarkeşlərini" [azarkeşdərini] və s. kimi səhvlər edir.

"İTV" televiziya kanalında yayımlanan "Carçı" verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı "Qəzaya" [qəzıya], "Uğrayan" [uğruyan], Tovuz, "Tavuz" [To:uz], "adlarla" [addarnan], "Bu dəyqələrdə" [dəqiqələrdə], "vertual" [virtual] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı "hörmətli" [hörmətdi], "Azərbaycanla" [Azərbaycannan], "əməliyyatlar" [əməliyatdar] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı "yüzlərlə" [yüzdərnən], "yerli" [yerri], "hazırlandığını" [hazırrandığını], "Tehranla" [Tehrannan] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı "etməklə" [etməxʹnən], "Xameneynin" [Xamneyinin], "mümkünlüyünü" [mümkünnüyünü], "günlər" [günnən], "xəstəxanalara" [xəsdəxanalara], "ölümlə" [ölümnən], "çempionlar" [çempiyonnar], "olacaq" [olacax], "ünvanlı" [ünvannı] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı "ştatlarına" [ştatdarına], "gərginləşən" [gərginnəşən], "rəhbərliyi" [rəhbərriyi], "növbəti" [nö:bəti] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı "Ramiz Əliv" [Əliyev], "görənləri" [görənnəri], "məktəbə" [məxʹtəbə], "müraciət etməklə" [etməxʹnən], "dərslikləri" [dərsdixʹləri], "həyətya:nı" [həyətyanı] və s. kimi səhvlər edir.

"İdman" verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı "sonra" [so:ra], "sloqanda" [sloqanda. ], "bağışlamayıblar" [bağışdamıyıplar], "qadınlardan" [qadınnardan], "Bolqarıstanın" [Balqarıstanın] və s. kimi səhvlər edir.

"Xəzər" televiziya kanalında yayımlanan "Xəzər Xəbər" verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı "a:çıx" [açıx], "piyada" [piya:da], "Zaqulğba" [Zuğulba], "Ve:lən" [verilən] və s. kimi səhvlər edir.

"Xəzər Xəbər" verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı "Bəsər" Əsəd [Bəşər], "zolaqına" [zolağına], "davasına" [da:vasına] və s. kimi səhvlər edir.

"ARB" televiziya kanalında yayımlanan "ARB Xəbər" verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı "ordğen" [orden], "böyük Ağa" [Böyükağa], "odur ki" [odu], "dəyirli" [dəyərli], "sujetimizdə" [süjetimizdə], "ekalagiya" [ekologiya], "tədbirrar" [tədbirrər] və s. kimi səhvlər edir.

"Ölkə xəbər" verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı "xəbərlərin" [xəbərrərin], "sujeti" [süjeti], "müvaffik" [müva:fik], "edır" [edir], "ıstıqamətdərə" [istiqamətdərə], "sərnışın" [sərnişin], "bə:s" [bəs], "mühütü" [mühiti] və s. kimi səhvlər edir.

Xəbərlər     Baxılıb: 1539   Tarix: 08 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetoloq qadin sayti geyim dəbləri hamiləlikdə xiyar turşusunun hazırlanması qogal resepti 2026 payiz geyimleri kosmetika atalar sozu vetene aid atalar sozleri balıq kəlamlar hakışda