XƏBƏRDARLIQ:"Bizdə də "donuz qripi" ehtimalı var..."

XƏBƏRDARLIQ:"Bizdə də "donuz qripi" ehtimalı var..."Son zamanlar əhalinin müxtəlif yaş qrupları arasında soyuqdəymə halları artıb. Xüsusən azaşlı uşaqlar daha çox xəstələnir. Ən xoşagəlməz hal odur ki, xəstəlik uzun müddət orqanizmi tərk eləmir.

Bəs Azərbaycanda yayılmış xüsusi virus varmı? "Donuz qripi" virusu ölkəmizdə yayıla bilərmi və virusa qarşı hansı profilaktik tədbir görülməlidir?

Respublikanın baş infeksionisti Cəlal İsayev Teleqraf.com-a geniş açıqlama verib.

Baş infeksionistin sözlərinə görə, ilin soyuq fəsillərində respirator virus infeksiyalarının fəallığı artır, müxtəlif viruslar baş qaldırır: "Həmin viruslar soyuğa daha davamlıdır deyə, onların yayılma ehtimalı da çox olur. Qrip virusu, paraqrip virusu, renoviruslar, entroviruslar və bu kimi çoxsaylı viruslar var.

Ümumiyyətlə, qeyd olunan simptomla gedən 200-ə yaxın virus və infeksiya var ki, onlar belə xəstəlik yarada bilir. Bunun uşaqlar arasında daha çox rast gəlməsinin səbəbi odur ki, uşaq orqanizmi daha həssas, immun sistemi böyüklərə nisbətən daha zəifdir.

Bir də uşaq xəstələnən kimi valideyn götürüb həkimə qaçır. Amma böyüklər özləri xəstələnəndə xəstəliyə laqeyd yanaşırlar. Bu səbəbdən uşaqlar arasında xəstələnmə statistikası daha çox qeydə alınır.

Hazırkı virus infeksiyaları əsasən zökəm əlamətləri ilə özünü göstərir. Virusun bəzi növləri də var ki, bağırsaq pozğunluqları ilə özünü büruzə verə bilər. Ona görə də bu, adi xəstəlik kimi qəbul olunmamalıdır. Bütün hallarda həkimə müraciət ediməlidir. Həkim baxmalı, müayinə etməlidir, sonra qərar qəbul eləyib təyinat verməlidir".

Cəlal İsayev xəstələrin özbaşına müalicəyə əl atmasını düzgün saymır: "Bəzən özümüz özümüzə diaqnoz təyin edirik, yaxud uşağın temperaturu var, halsızdır deyə, qaçıb aptekdən antibiotik alırıq. Bu, yolverilməzdir.

Son vaxtlar dünyada antibiotiklərin lazımsız yerə işlədilməsinə qarşı böyük reaksiya var. Antibiotiklər uşaq üçün də, böyük üçün də təhlükəlidir. Həkim xəstəyə baxıb yoxlayar, antibiotik təyin edərsə, təyinata uyğun göstərişə riayət olunmalıdır".

Həkim uşaqların xəstələnməməsi üçün onları düzgün böyütməyin vacibliyini vurğulayıb: "İstər körpə, istərsə də məktəb yaşlı uşaqların qidalanmasına fikir vermək lazımdır ki, onlar sağlam və vitaminlərlə zəngin qidalansınlar. Körpələr ana südü qəbul etməlidir. Çox təəssüf ki, bizim bəzi xanımlarımız buna əməl etmirlər.

Balaca uşaqlar telefondan yapışır, kompüterin arxasında otururlar. Halbuki onlar açıq havada olmalıdırlar".

Ölkənin baş infeksionisti "donuz qripi" təhlükəsinə toxunaraq bildirib ki, bu istiqamətdə qonşu Gürcüstanda rəsmi təsdiq olunmuş rəqəmlər var: "162 xəstələnmiş adamdan 158-i "donuz qripi"dir. 9 nəfərin dünyasını dəyişdiyi bildirilir. Bu ölüm halları ona görə baş verir ki, insan xəstələnir və vaxtında həkimə getmir. Paralel də hansısa xəstəliyi olur.

Qrip virusları yaşlılar və körpə uşaqlar, həmçinin hamilə qadınlar və yanaşı gedən xroniki prosesi olanlar üçün çox təhlükəlidir. Belə insanlar qripə barmaqarası yanaşanda xəstəliyin sağalması bir az da çətinləşir, qrip viruslarının özü də çox böyük ağırlaşma verir. Bu da sonda insanların tələf olması ilə nəticələnir".

Cəlal İsayev deyib ki, Azərbaycanda əhali arasında müəyyən xəstəliklər var, amma "donuz qripi"nin mövcudluğu təsdiqlənməyib: "Ölkəmizdə "donuz qripi"nin varlığı da istisna olunmur. Bizim bütün ölkələrlə, o cümlədən qonşu Gürcüstanla əlaqəmiz var. Orda soydaşlarımız yaşayır, gedib-gəlirlər. Özümüz də müəyyən iş və ya istirahət məqsədi ilə Gürcüstana səfər edirik. Əlaqələrimiz var deyə, yoluxma ehtimalımız da var.

Amma buna qarşı tədbirlər görülür, məsələn, Səhiyyə Nazirliyinin xüsusi əmri var ki, ölkəyə gələn qatarlar dezinfeksiya olunsun. Müxtəlif insanlar arasında maarifləndirmə işləri aparılır".

Cəlal İsayev xəstəlikdən qorunma yollarının insanın özündən asılı olduğunu deyib: "Bütün virus infeksiyaları zamanı yaxşı olar ki, yoluxmuş şəxs xəstəlik müddətində evdə olsun. Ən azından temperatur dövründə mütləq evdə yatmaq lazımdır. Əgər bir az düzəlib işə çıxmaq istəyərsə, heç olmasa kollektivin arasına maska ilə getməlidir. Evdə olmaq həm özünü, həm də başqalarını qorumaq deməkdir.

İnsanın öz sağlamlığı üçün tədbir görməsi vacibdir. Düzdür, dövlət tərəfindən də tədbirlər aparılır. Tutaq ki, yoluxma halları geniş yayılanda məktəblər bağlanır və ya xəstə uşaqların bağçaya, məktəbə getməsinə nəzarət olunur. Belə tədbirlər adətən kritik vaxtlarda həyata keçirilir, amma indiki halda biz özümüz-özümüzü qorumalıyıq".

Xəbərlər     Baxılıb: 1455   Tarix: 08 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

adlarin menasi qadın geyimi makiyaj etmek qaydalari vannalar viktoriya sekret geyim 2026 qadinlarda cinsi isteksizlik kosmetika englishdilində qulaq namiq qaraçuxurlu uzeyir hacibeyli gəncə xərçəng bürcü