Xərçəng xəstəliyi nəsildən -nəslə ötürülürmü, yoxsa insan özü tutulur?

Xərçəng xəstəliyi nəsildən -nəslə ötürülürmü, yoxsa insan özü tutulur?Alimlər bəzi bədxassəli şişlərin irsi təbiətli olduğunu təsdiqləyiblər. Bu, xərçəngin tez-tez eyni ailənin üzvlərində müşahidə olunması ilə bağlıdır.
Medicina.az bildirir ki, mütəxəssislər, bir insanın onkoloji xəstəliyi varsa, ailəsində bədxassəli törəmələrin yaranma ehtimalını öyrənməyin çox vacib olduğunu açıqlayıblar. Bundan əlavə, eyni ailənin üzvləri arasında xəstəlik bir dəfədən çox aşkarlanarsa, ailə həkim-genetik ilə məsləhətləşməlidir. Bu, patologiyanın irsi təbiətinin olub-olmadığını anlamaq üçün lazımdır.
Üstəlik, irsi olaraq yaranan xərçəngdə də fərq var. Bu, patogen mutasiyaların təyin edilməsi ilə proqnozlaşdırıla bilər. Bir şəxs xəstəliyin irsi xüsusiyyətindən şübhələnirsə, həkimlər müəyyən bir xəstəliyə səbəb ola biləcək mutasiyaları axtarmağa başlamalıdır.
Mütəxəssislər xərçəngin genetik xüsusiyyətə malik olmasına baxmayaraq, xəstəliklərin yalnız 10-15%-nin irsən ötürüldüyünü vurğulayıblar.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Xərçəng Assosiasiyasının mütəxəssisləri bütün növ şişlərin yalnız 5%-dən 10% -ə qədərinin genetik mutasiya ilə əlaqəli olduğunu bəyan ediblər. Bildirilib ki, qalan 90-95% hallarda xərçəng ətraf amillər və həyat tərzinin təsiri nəticəsində yaranır.
Alimlər bildirib ki, ən çox irsi keçən onkoloji şişlər reproduktiv orqanların (yumurtalıqlar və süd vəzi) və həzm sisteminin xərçəngidir. Genetik test və vaxtında tibbi müayinə şişlərin olma ehtimalını əvvəlcədən müəyyənləşdirməyə kömək edir.
Mütəxəssislər iddia edirlər ki, "ailə xərçəngi" özünü kifayət qədər erkən büruzə verir, çünki insan orqanizmində doğulandan mutasiya olmuş hüceyrələr olur. Siqaret çəkmə, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma kimi zərərli vərdişlər hüceyrənin işinin pozulmasına səbəb olur və bu prosesi daha da sürətləndirir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1314   Tarix: 10 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

sade makiyaj sekilleri kosmetika mehsullari geyim şəkilləri toyuqlar haqqinda hicab modelleri ziyafət dəbi boyuk qadin dosleri kosmetika novruz bayramına aid rus dilin nece orenek turpun nağlı bedii edebiyyat burclər