Xərçəngdən əziyyət çəkən əməkdar artist: "Çox qorxuram"
Martın 16-da ağır vəziyyətdə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilən əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova evə buraxılıb.
Aktrisa səhhəti ilə bağlı Yeniçağ.az-a açıqlama verib:
"Evdə olsam da, müalicəm həkim nəzarəti altında davam edir. Hər saatdanbir iynə-dərman qəbul edirəm ki, təzyiqim qalxmasın. Hələ evdən çıxmağa halım yoxdur, yəqin ki, müalicəm tam başa çatandan sonra işimə davam edəcəm. Hələ ki, özümdə o gücü görmürəm. Əslində, mən özüm-özümə elədim, son zamanlar zəiflədiyimi hiss edirdim. Amma həkimə getmədim. Axırda da belə…".
Əməkdar artist gözə gəldiyini də gizlətməyib:
"Nəzər götürmürəm, yəqin ki, gözə gəldim. Məni nəzər yıxdı. Ümumiyyətlə, bəd əmələ, nəzərə inanan adamam. Vaxtilə belə şeylərdən başım çox çəkib, ağır xəstəlik keçirtmişəm. İndi elə mənfi şeyləri dilimə də gətirmək istəmirəm ki, mənə əməl olunub. Çünki inananda daha da pis olur. Amma bədnəzər var, inanın buna görə efirə çıxmağa da çox qorxuram".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi