Xərçəngin qarşısını alır, immuniteti gücləndirir... - Hər gün bir stəkan için

Xərçəngin qarşısını alır, immuniteti gücləndirir... - Hər gün bir stəkan içinCücərmiş buğda suyunun faydaları saymaqla bitmir.

Ailem.az xlorofil, amin turşusu, mineral və vitaminlər baxımından olduqca zəngin olan səməni suyunun çoxsaylı faydaları ilə sizi də tanış edir.

Təbii enerji verir

Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. İçindəki bütün qidalandırıcı maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.

2-4 yemək qaşığı cücərmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz.

İmmun sistemini gücləndirir

Sağlam bir immunitet sistemi çox əhəmiyyətlidir. Bir çox mikrob və infeksiyadan bədəni qoruyur. Səməni suyu ilə immunitet sisteminizi qüvvətləndirə bilərsiniz. Cücərmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir.

Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə ​​sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

Toksinlərdən təmizləyir

Cücərmiş buğda suyu qələvi və qidalandırıcı maddə baxımından zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan çəməni suyu qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.

Piylənməni müalicə edir

Piylənmə diabet və ürək kimi bir çox sağlamlıq probleminə səbəb olan ciddi narahatlıqdır. Artıq çəkidən xilas olub sağlam çəkiyə çatmaq üçün səməni suyu pəhrizi saxlaya bilərsiniz. Tiroid vəzilərin fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Səməni suyunda olan selenium tiroid vəzilərini nizama salır və sağlam olmayan tiroidləri təsirsiz hala gətirir. Sağlam olmayan tiroid bədəndəki hormonal tarazlığı poza bilər və piylənməyə gətirib çıxarar.

Tərkibində kalium da var

Cücərmiş buğda suyu iştahın qarşısını alır. Eyni zamanda, kalori yandırmağı təmin edən maddələr mübadiləsini sürətləndirir. Səhərlər ac qarına səməni suyu içmək, gün ərzində həddindən artıq yeməyə mane ola bilər.

Qan şəkərini azaldır

Cücərmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. Qlükoza və yağ səviyyələrini inkişaf etdirir. Bu da diabetin idarə olunması üçün təsirli vasitə kimi istifadə edilə bilər. İnsulin istehsalını artırır. Eyni zamanda qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

Ürək sağlamlığını qoruyur

Səməni suyu ürəyə olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və saflaşdırır, bu da qan təzyiqini azaldır.

Xərçəngin qarşısını alır

Səməni suyu bir çox fərqli xərçəng növü ilə mübarizə aparır. Olduqca faydalı olan bu su xəstəliyi həm müalicə etmək, həm də qarşısını almaq üçün istifadə edilə bilər. Cücərmiş buğda suyundakı qələvi bədən üçün çox faydalıdır. Digər tərəfdən xlorofil də qandakı toksinləri, kimyəvi və kanserogen maddələri təmizləyir. Səməni suyu qallik turşuya da malikdir. Bu, siçanlarda prostat şişin inkişafının qarşısını alıb. Bu isə o deməkdir ki, xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır.

Qan dövranını nizamlayır

Cücərmiş buğda suyu qandakı oksigeni artırmaq qabiliyyətinə malikdir. Bu da qan dövranını tənzimləyir. Dəmirlə zəngin olan bu su daha çox qırmızı qan hüceyrələri istehsal edir. Bu isə daha çox qan hüceyrəsi, daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

Ağız və diş sağlamlığını təmin edir

Səməni suyu ağız qoxusunun qarşısını alır. Dəmir, kalsium, maqnezium, A və E vitaminlərilə zəngin olan səməni suyu sağlam və güclü dişlər üçün əhəmiyyətlidir. Səməni suyu ilə bir az suyu qarışdırın. Ağızda 1 dəqiqə çalxalayıb sonra tüpürün. Yaxşı bir ağız sağlamlığı üçün gündəlik olaraq ağız çalxalama üçün istifadə edin. Cücərmiş buğdanı da dişlərinizlə əzə bilərsiniz. Bu, dişinizi qüvvətləndirəcək.

Bədəndəki pis qoxunun qarşısını alır

Səməni suyu qandakı turşu və toksinləri nizamlayaraq həddindən artıq tərləmənin qarşısını alır. Eyni zamanda bədən istiliyini tənzimləyir. Ac qarına bir stəkan içərək bədəninizdən gözəl qoxu gəlməsini təmin edə bilərsiniz.

Saglamolun.Az

............

Xəbərlər     Baxılıb: 1298   Tarix: 09 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

qadin dunyasi toy makiyaji sekilleri hamilelikde qidalanma evim interyer menstruasiya qaraqoyunlu dərəsi utunun altini nece temizlemek kosmetika vətən haqqında bayatılar vətən həsrəti dieta gözellik haqisda