"Xəstə idim, suyun altında sağaldım" - Günay İbrahimli – VİDEO

"Xəstə idim, suyun altında sağaldım" - Günay İbrahimli – VİDEO"Xəstə idim, suyun altında sağaldım"

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan müğənni Günay İbrahimli maraqlı açıqlamalar verib.

"Peşmanam" adlı klipi ilə yenidən müzakirələrə səbəb olan müğənni ilk olaraq buna aydınlıq gətirib:

"Peşmançılıq deyəndə çox adamın ağlına sevgi gəlir. Amma mən belə düşünmürəm. İnsan həyatda nələrdənsə peşman ola bilər. Arzu edirəm ki, heç kimdə peşmançılıq olmasın. Peşman olub sonra dərs götürürsən".

Günay daha sonra yeni klipinin və ifasının pərəstişkarları tərəfindən çox sevildiyini bildirib:

"Musiqisi Elvin Abdullayevindir. Sözləri Günelin, aranjemanı isə Rəşad Bağırovundur. Klipi də Fərhad Əli çəkib. Bilirsiniz, bu klipə görə mənə nə qədər mesajlar gəlir. İstər direktə, yada əlaqə telefonuma. Hamı bəyənir. Çox sevinirəm buna görə. Deyəsən, çox adam peşmançılıq çəkib ona görə sevilib. Mən ard-arda ritmik mahnılar ifa elədim. Repertuarımda lirika çox idi. Bu da ondan irəli gəlir ki, mənim ən sevdiyim janr lirikadır. Artıq 2 ildən çoxdur ki, belə mahnı oxumurdum. Dedim ki, artıq vaxtıdır".

Sənətçi, klip işıq üzü görməmişdən öncə su maşınından püskürdülən suyun ona çətin anlar yaşatmasından danışıb:

"Klip çəkilişləri ərəfəsində xəstə idim. İnanırsınız o suların altında mən sağaldım. Çətin anlar yaşadım, amma sonda aldığımız nəticəyə dəyər. Əziyyət çəkməliyik ki, bəhrəsini görək".

Müğənni bir neçə gün öncə sosial şəbəkələrdə yayılan uşaqlıq videosundan da danışıb:

"Sadəcə olaraq başa düşə bilmirəm ki, orda uşağın 7 yaşı var. Yeddi yaşlı uşaqdan nə istəyirsiniz? Onsuzda xoşlayırlar baltalasınlar, danışsınlar. Ailəsində problemi olanlar, boş-bekar insanlar işi-gücü yoxdu səhifələrdə gəzirlər. Üz-üzə gələndə elə qəşəng, elə danışıb gülürlər ki... Mənə çox maraqlıdır o danışan adamların özləri 7 yaşında necə olublar. Özlərindən xəbərləri yoxdur. Gedin güzgüyə baxın da".

O, sənətə nə zaman gəlməsindən bəhs edib:

"Əslində o vaxtdan oxuyurdum. Amma sırf peşəkar səhnədə 12 ildir işləyirəm. O deyirlər ey mən uşaqlıqdan oxuyuram. Mənim 5 yaşımdan marağım olub, evdə və qonaqlıqda oxumuşam. Heç o vaxtı fikirləşmirdim ki, gəlib müğənni olaram".

Günay İbrahimlinin sevənləri müğənninin yeniliklərini qaçırmamaq üçün gözdə-qulaqda olsunlar:

"İki dənə gözəl mahnı gəlir. Birinin adı "Kabus" adlanır, o birinə isə hələ ad qoymamışıq. O da sürpriz olsun. "Şou məkan"a tezliklə bildirəcəm".

Xəbərlər     Baxılıb: 2262   Tarix: 03 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az