Xəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLAR

Xalq artisti, məşhur aktyor Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun Milli.Az-a müsahibəsi.

- Məmməd, səhhətiniz bir neçə aydır ki, çox ağır idi. İndi özünüzü necə hiss edirsiz?

- Şükür Allaha indi çox yaxşıyam. Özümü normal hiss edirəm. Hal-hazırda böyrəklərimdən həftədə iki dəfə dializ alıram. Böyrək köçürülənə qədər dializ almalıyam.

- Hələ də donor tapılmayıb?

- Sağ olsunlar ki, böyrək vermək üçün müraciət edirlər, amma həkimlər bildirir ki, donor yaxın qohum olmalıdır.

- Bilirəm ki, maddi vəziyyətiniz o qədər də ürək açan deyil. Xəstə olarkən maddi ehtiyaclarınızı kim ödədi?

- Xəstəxana dövlət hesabına olduğu üçün bütün xərclərimi onlar ödədilər. Təbii ki, məni bu çətin günlərdə istər xalq artistləri, istərsə də digər aktyorlar tək buraxmadılar. Gündəlik də olmasa müntəzəm şəkildə onlar mənim yanıma gəlib-gedirdilər. Sözsüz ki, imkanları olsaydı, mənə maddi köməklik də edərdilər. Hal-hazırda da dövlət hesabına dializ alıram. Hələlik dializ alıram, görək də nə vaxt böyrək köçürməsi olacaq.

- Neçə vaxtdır ki, ayaq üstəsiz?

- 3 aydır ki, normalam. Sadəcə, bir az sağ ayağım və əlim zəif işləyir. İnşallah, tam yaxşı olum 2 aya işə gedəcəyəm.

- Bəs necə dolanırsız?

- İstər teatrdan, istərsə də dost-tanış, qohumlar köməklik edir. Şükür, onların köməkliyi ilə dolanıram.

- Atanızın sənət dostlarından kimlər yanınızda oldu?

- Arif Quliyev, Tahir İmanov və s. aktyorları misal çəkə bilərəm. Xəstə olduğumdan bəziləri yadımda qalmayıb. Atamın dostlarının çoxu artıq həyatda yoxdur. Teatrımızın direktoru İftixar Piriyev də xəstə olduğum zamanlarda yanıma tez-tez gələnlərdən biri idi.

- Həyat yoldaşınız da işləmir?

- Xeyr, o işləmir, evdar qadındır.

- Xəstə olduğunuz zaman sizdən bezib-usanan vaxtı oldu?

- Həyat yoldaşım mənə həmişə gözəl baxıb. Buna söz belə ola bilməz. Həyat yoldaşımdan çox razıyam.

- Atanızın sağlığında evlənmişdiz?

- Xeyr, nə atam, nə də ki anam, mənim və digər bacı və qardaşımın toyunu gördülər. Özüm bəyənib, sevib ailə həyatı qurmuşam.

- Neçə övladınız var?

- 7 ildir ki, ailə həyatı qurmuşam, amma övladım yoxdur. Xoş bir xəbəri ilk dəfə sizə demək istəyirəm. Belə ki, ata olmağa hazırlaşıram. Əgər oğlan övladım olsa, ona Eldəniz adını verəcəyəm. Bundan başqa Eldəniz müəllimin iki oğlan nəvəsi var. Çox heyf ki, atam bu günlərimizi görmədi.

- Atanız sağ olsaydı, bu çətinliyi yaşayardınız?

- Atam sağ olsaydı, bu çətinliklər, təbii ki, olmazdı. Uşaq vaxtı biz xəstə olanda atam çox narahat, nigaran qalırdı. Elə olurdu ki, gecəni yatmırdı. O, bizə həmişə can yandırırdı.

- Onunla bağlı hansı xoş xatirəni hələ də unuda bilmirsiz?

- Atam elə özü xatirədir də. Hər dəqiqə onun yoxluğu bilinir. İstər yaxşı gündə, istərsə də pis gündə gözümün önünə gəlir. Allah heç bir evi atasız, anasız etməsin.

- Aktyor olsanız da nədənsə bu sənətin sahibi kimi çox tanınmırsız. Bu, nə ilə əlaqədardır?

- Rejissorların gözü "kor" olub yəqin. İndiyə kimi yalnız epizod rollarda çəkilmişəm, böyük rollarım olmayıb. Yəqin ki, gələcəkdə böyük rollar da oynayaram. Rejissorlar bir şeyi də nəzərə alsınlar ki, mən atamın sənətini davam etdirirəm. O, heç sağlığında istəmirdi ki, aktyor olum. Sistem işçisi olmağımı istəyirdi. Onunla tez-tez tamaşalara, filmlərin çəkiliş meydançalarına gedirdik.

- Atanız evdə necə biri idi?

- Siz necə ki, onu tanıyırsız, o, evdə də bu cür idi. Gülüb danışmağı çox xoşlayırdı. Çox nadir hallarda onu ciddi görərdik. Əgər qanı qara olurdusa, bilirdik ki, nəsə problemi var. Amma o, bizə heç bir problemini hiss etdirmirdi.
Xəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLARXəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLARXəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLARXəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLARXəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLARXəstə yatağında olan xalq artistinin oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTOLAR

Xəbərlər     Baxılıb: 3474   Tarix: 29 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

gozel gorunmek yaz geyimleri 2026 kosmetoloq vətən haqqında inşa hamiləlikdə uşağın cinsinin təyini kelem tutmasinin hazirlanmasi toy paltarlari 2026 kosmetika bayatılarımızda vətən həsrəti masqalar bayatılar seksual novruza aid hakista