Xəstəxanalarda xərçəngə necə tutuluruq? - Azərbaycanlı mütəxəssis ən incə məqamları açıqladı

Xəstəxanalarda xərçəngə necə tutuluruq? - Azərbaycanlı mütəxəssis ən incə məqamları açıqladı"İnsultla bağlı şübhə varsa, xəstəni təcili Kompüter-Tomoqrafiya etdirmək lazımdır".
Publika.az xəbər verir ki, bunu tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov qeyd edib.
Ş.Məmmədov bildirib ki, insultla bağlı 3 vacib müayinədən biri məhz KT-dir:
1. Oksigen saturasiyası. Əgər tənəffüs pozulubsa, dərhal süni tənəffüs aparatına qoşmaq üçün.
2. Qanda qlükozanın təyini. İlk saatlarda qanda qlükozanın yüksək olması hüceyrə ölümünü artırır. Qlükozanın aşağı səviyyədə olması isə daha qorxuludur.
3. Kompüter Tomoqrafiya. Təcili olaraq hemorragik insultu inkar etmək üçün. Çünki işemik və hemorragik insultların müalicəsi bir-birinə tamamilə ziddir.
Doktor Kompüter Tomoqrafiya ilə Maqnit Rezonans Tomoqrafiyanın fərqli cəhətlərini və üstünlükləri belə izah edib:
Nəyə görə MRT-yə yox, KT-yə üstünlük vermək lazımdır? Axı KT ilk 24 saatda işemik insult göstərməyəcək? Səbəb belədir:
1. Bütün protokollar insult şübhəsi varsa, MRT yox, KT məsləhət görür.
2. MRT hər klinikada olmur. KT isə bir çox klinikalarda vardır.
3. KT ucuz müayinədir. MRT isə bahalıdır. Bu faktorun da protokolda KT-nin ilk seçim olmasına təsiri olub.
4. Ən əsas: KT müayinəsinin cavabı tez zamanda hazır olur. MRT isə uzun prosesdir.
Həkim bildirir ki, əgər xəstənin tənəffüsü KT zamanı pisləşsə ona yardım etmək, lazım gəlsə, intubasiya etmək, süni nəfəs aparatına qoşmaq mümkündür: "MRT stolunun üzərində isə kardiopulmonar resuskitasiya aparmaq mümkün deyil. Həm də güclü maqnit sahəsinə görə bir çox tibb alətləri - elektrik sovurucu, larinkoskop, süni nəfəs aparatını MRT otağına salmaq olmur. Doğrudur, nadir klinikalar var ki, onlarda MRT üçün xüsusi süni nəfəs aparatı var. Məsələn Milli Onkologiya Mərkəzində beləsi mövcuddur. Lakin hətta o da azı 10 metr məsafədə qalmalıdır. Bu isə xəstəni süni tənəffüsdə ola-ola müayinə etməyi çətinləşdirir.
Daha bir sualın cavabını vermək istərdim: 24 saat ərzində işemik insulti göstərmədiyi halda, niyə KT-dən istifadə etməliyik? Bunun məqsədi insult görmək, ölçülərini, lokalizasiyasını dəqiqləşdirmək deyil. Məqsəd hemorragik insultu inkar etməkdir".
Şahin Məmmədov həkimlərə müraciət edərək bildirib ki, Kompüter Tomoqrafiyaya hər xəstəni göndərmək doğru deyil: "Əgər diaqnozu başqa müayinələr əsasında qoymaq mümkün deyilsə, son seçim kimi KT-yə müraciət etmək lazımdır. Hər insan il ərzində 3 mSv radiasiya qəbul edə bilər. 1 dəfə KT müayinəsində isə insan 7-10 mSv radiyasiya alır. Adi roentgen çəkilişindən 200 dəfə və daha çox radiyasiyaya məruz qalır. Xüsusilə, uşaqlar və qadınlar KT radiyasiyasına daha çox həssasdır. Bu xəstələr gələcəkdə xərçəngə tutula bilər".
Zümrüd /publika.az

Sağlamlıq     Baxılıb: 6518   Tarix: 29 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

yemek reseptleri geyim necə seçməli toy makiyajlari kətə xiyar turşusunun hazırlanması qis geyimleri seks pozalari kosmetika burcler rəksanə baliq burcu masqalar usaq seirleri