Xəyanətə görə qəddarcasına qisas alan MƏŞHUR XANIMLAR

Xəyanətə görə qəddarcasına qisas alan MƏŞHUR XANIMLARXəyanət bir insanın uğraya biləcəyi ən qəddar əməllərdən biridir.

Qadınsaytı.az A24.az-a istinadən xəbər verir ki, məşhur xanımların intiqamları çox acı olub:

Aktrisa Ahu Tuğba qatıldığı proqramların birində verdiyi açıqlamalar ilə hər kəsi şok edib. 8 dəfə nigah masasına oturan Ahu heç bir həyat yoldaşını sevmədiyini açıqlayıb: " Bütün keçmiş həyat yoldaşlarımla bizi tərk edən atamdan və ilk ərimdən intiqam almaq üçün evlənmişəm. Ruhları belə duymadan hamısından boşandım, əziyyət verdim onlara. Çünki ilk həyat yoldaşım və atam həyatımın qatili oldular. İlk evliliyimin ölənə kimi davam edəcəyini düşündüm. Hamilə qaldığım gün onu başqa biriylə tutdum. Ondan sonra da bir adam məni sevdiyini söyləyəndə həmin dəqiqə ondan qaçdım, boşandım. Əziyyət vermək istədim".

Tuğba həyat yoldaşlarından asanlıqla necə boşandığından da danışıb: "Çünki evlənən zaman asan boşanmaq üçün şərt qoyuram. Boşanma qərarı aldığım zaman problemsiz, alimentsiz ayrılıram. Əksəriyyətini də iş səyahətində və xaricdə olarkən ruhları duymadan boşadım".

Hadisə onu Hande Yenerlə aldadan keçmiş sevgilisi Sinan Akçıldan çox səs-küylü bir intiqam alıb. Öncə "Aşk Kaç Beden Giyer" albomunu Akçılın albomundan bir gün öncə çıxartmaq üçün təlimat verib, sonra da "Süpermen" və "Burjua" mahnıları ilə Sinana sərt ismarıçlar göndərib. Bununla da kifayətlənməyib albom qapağındakı rəsmini Sinan Akçılın yaşadığı binanın qarşısındakı reklam lövhəsindən asdırıb.

Şou-biznesin ən rəngli müğənnilərindən Demet Akalın bir müddət birlikdə olduğu ilk əri Oğuz Kayhandan maraqlı yolla intiqam alıb. Boşanmasına rəğmən gah küsülü gah birlikdə olan cütlük xəyanətin ardınca yenidən barışıb: "Oğuz ilə yaşadığımız şeyləri biz də dərk edə bilmirik. İndi hər şey əla gedir. Evinə dönüb, ancaq artıq bir qarderobu yoxdur. Məni aldatdığı üçün bütün geyimlərini və əşyalarına atdım. Üstünə dodaq, dırnaq boyası – nə varsa boşaltdım". Məşhur müğənni hazırda Okan Kurtla evlidir.

Halle Berry əri Erik Benetin xəyanət əməlinin əvəzini qəddar şəkildə çıxıb. O, ərinin bütün əşylarını kimsəsizlərə paylayıb. Sonra da ondan boşanıb. "Bir daha evlənməyəcəyəm" deyərək də xoşbəxtliyə dair bütün ümidlərinin öldüyünü bildirib.

Bir zamanlar yaxın dost olan Zeynəb Tunuslu və Bennu Geredenin arası xəyanət səbəbindən dəyib. İkilinin dostluğu 2000-ci illərin əvvəlində evli olduğu fotoqraf Ahmet Ağaoğlu ilə Bennu Gerdenin yaxınlaşmasına görə dəyib. Tunuslu bu münasibəti eşitdikdən sonra şok yaşayıb və dostluğunu bitirib. Daha sonra Ahmetlə Bennu evlənib, ancaq 2009-cu ildə boşanıblar.

Zeynəb Tunuslu isə intiqam almaq üçün illərlə gözləyib. Bennu iş adamı Cem Böyükxanlı ilə evlənib, ancaq bir neçə ay sonra boşanıb. Bu zaman Zeynəb məkanların birində Böyükxanlı ilə öpüşərkən yaxalanıb. O, öpüşmə səhnəsi haqqında bunları deyib: "Bennu ilə keçmişdə rəfiqə idik, ancaq ərimlə görüşməyə başladıqdan sonra hər şey bitdi. O ciddiyə aldığım biri deyil, buna görə də keçmişdə kimlərlə nə etdiyi də önəmli deyil. Cemlə əylənirik və bir neçə dəfə görüşmüşük. Bəlkə də 3-4 dəfə yenidən görüşsək aramızda sevgi yaranar".

Aktrisa Kameron Diaz da xəyanətlə üzləşib. O bir müddət basketbolçu Aleks Rodriqezlə birlikdə yaşayıb. Hətta aktrisa bütün gecə həyatından yığışaraq özünü idmana həsr edib. Aktrisa evlilik xəyalları qurarkən Rodriqezin xəyanət xəbəri ilə çökdü. Bunun əvəzində isə Diaz basketbolçunun yaxın dostu P. Diddy ilə yaxınlaşıb.

Xəbərlər     Baxılıb: 2551   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

turlar.az

makiyaj instagram donlar 2026 geyim seçimi ziyafət dəbi atalar sozleri elme aid hiperaktiv usaqlarin mualicesi kişi xəyanət edərsə kosmetika toy gecesi novruz bayramina aid dolça baldiza aid haxisda səməd vurğun