Xolesterinin gözlənilməz faydası aşkar olunub
Keçmiş əsrdən başlayaraq xolesterin insanın "qatı düşməni" elan olunub.
Xolesterini az qala insanın bütün xəstəliklərində günahlandırırdılar. Bəzi mütəxəssislər orqanizmdə xolesterinin səviyyəsini azaltmaq üçün kərə yağı, yumurta və s. kimi insan orqanizmi üçün faydalı olan məhsulları minimuma çatdırmağı və ya hətta onlardan imtina etməyi tövsiyə edirdilər. Lakin sonraki araşdırmalar göstərib ki, xolesterinin əsas hissəsi heç də xaricdən gəlmir, orqanizmin özündə istehsal olunur.
Digər tərəfdən məlum olub ki, xolesterinin normadan artıq olması kimi, normadan aşağı olması da orqanizm üçün çox ziyanlıdır. Belə ki, xolesterindən kişi və qadın cinsi hormonları testosteron və estrogen və həmçinin böyrəküstü hormonu kortizol sintez olunur. Xolesterin orqanizmin bütün hüceyrələrin membranlarına daxildir, xolesterin immunitetin yüksək səviyyədə olmasına kömək edir və s. Beləliklə, xolesterin normadan aşağı olarsa, orqanizmdə bir çox proseslər pozula bilər.
Son araşdırma bundan da çox təəccübləndirib. Tafts Universisteti (ABŞ) alimləri aşkar ediblər ki, orqanizmdə xolesterinin aşağı səviyyədə olması xərçəng xəstəliklərinin riskini xeyli artırır.
Saglamolun.az medikforum.ru-ya xəbər verir ki, araşdırmada 600-dən çox insan iştirak edib. Onların arasında sağlam və onkoloji xəstəliyi olanlar da var idi.
Analizlər göstərib ki, xərçəng xəstəliyindən əziyyət çəkən insanların əksəriyyətində xolesterinin səviyyəsi normadan aşağı idi.
Alimlərin sözlərinə görə, xolesterinin orqanizmdə normada olmağı insan sağlamlığına fikirləşdiyimizdən daha böyük təsir edir, o cümlədən xərçəngin riskini azaldır.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin