Xolesterolun düşməni olan MEYVƏLƏR

Xolesterolun düşməni olan MEYVƏLƏRHər kəs müəyyən meyvə növlərinin xolesterol səviyyəsini çox təsirli şəkildə idarə etməyə kömək edə biləcəyini bilmir. Onları rasionunuza daxil etmək "pis" xolesterinin səviyyəsini azaltmağa və "yaxşı" xolesterol səviyyəsini artırmağa kömək edəcək. "Massachusetts General Brigham" Xəstəxanasının kardioloqu Romit Battaçarya izah edib ki, bu halda şirəsini deyil, meyvənin özünü seçmək daha yaxşıdır.
Milli.Az lent.az-a istinadən həmin meyvələri sizə təqdim edir:
Çiyələk
Tədqiqatlar göstərir ki, bu meyvə təbii olaraq xolesterol səviyyəsini aşağı sala bilir. Bu təsirin açarı ürəyin qoruyucu xüsusiyyətləri ilə əlaqəli olan antosiyaninlərin olmasıdır.
Aparılan araşdırmalar, bir ay ərzində gündə üç kasa çiyələk yeyən insanların "pis" xolesterolunun azaldığını göstərir. Tədqiqatçılar fərz edirlər ki, çiyələyin bu təsiri tərkibində xolesterol və trigliserid səviyyələrini təbii şəkildə tənzimləyən zülal növü olan Nrf2-nin aktivləşməsi ilə əlaqədar ola bilər. 
Portağal
Portağal bir neçə yolla xolesterol səviyyəsini idarə etməyə kömək edir. Doktor Lenne Poston bildirib ki, onun faydaları əsasən həm tərkibindəki liflərdən, həm də orqanizmin pəhriz xolesterolunu mənimsəməsinə mane olan bitki sterollarından irəli gəlir.
Dietoloq Aleks Kaspero əlavə edib ki, portağallarda qan şəkərinin səviyyəsini sabitləşdirmək və xolesterol səviyyəsinin idarəsinə kömək edən yağın udulmasının qarşısını almaq üçün qalınlaşan lif var.
Üzüm 
Təəccüblü ola bilər ki, üzümün xolesterolu azaltma qabiliyyəti bağırsaqlar vasitəsilə əldə edilir. Üzüm lif, fitonutrientlər və polifenollarla doludur, bu da lipid səviyyələrini yaxşılaşdırmaq üçün faydalıdır.
Əncir
Əncirin tərkibində pektin adlanan lif mənbəyi trigliseridləri çıxarır və xolesterin səviyyəsini aşağı salır, ürək sağlamlığını dəstəkləyir.
Mayo Klinikasına görə, gündə 5-10 qram həll olunan lif istehlak etmək xolesterol səviyyəsini azaltmağa nəzərəçarpacaq təsir göstərə bilər.
Banan
Onların effektivliyinin açarı "pis" xolesterolun səviyyəsini aşağı salan həll olunan lifdir. Eyni zamanda banan ürək sağlamlığı üçün də faydalıdır. Lif, xolesterolun qanda yığılma şansı olmadan bədəndən xaric olmasını təmin edir.
Bananlar əslində həm həll olunan, həm də həll olunmayan liflə zəngindir ki, bu da həzm sağlamlığı üçün əla birləşmədir. 
Kivi
Bu meyvə qida maddələri ilə çox zəngindir, tərkibində çoxlu həll olunan lif, polifenollar və xolesterin səviyyəsinə müsbət təsir göstərən C vitamini var. Bir araşdırmaya görə , kivi yemək ürək üçün daha çox qorunma təmin edərək yaxşı xolesterol səviyyəsini artıra bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1708   Tarix: 01 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim necə seçməli reseptler yaz geyimleri 2026 elme aid atalar sozu gozlerin bezedilmesi ilhamə qasımova makaronlar kosmetika xocali penis kahfe kali webnem tovuzlu novruz bayramina aid hakista