Xoruldamaq bu xəstəlikdən xəbər verir
Avstraliyanın Flinders Universitetinin alimləri müəyyən ediblər ki, yüksək səslə, müntəzəm xoruldama həyati təhlükəsi olan sağlamlıq problemlərindən xəbər verə bilər.
Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə tədqiqat "NPJ Digital Medicine" (NPJ DM) elmi jurnalında dərc olunub.
Mütəxəssislər doqquz ay ərzində gecə monitorinqi aparıblar ki, bu da xoruldama ilə bədənin vəziyyəti arasında əlaqə yaratmağa kömək edir. Tədqiqatda dünyanın müxtəlif ölkələrindən 2 min insan iştirak edib.
Alimlərin fikrincə, yuxu zamanı müntəzəm xoruldama ilə yüksək qan təzyiqi arasında əhəmiyyətli əlaqə var. Qeyd olunur ki, monitorinq iştirakçılarının 15%-i, əsasən artıq çəkisi olan kişilər gecənin orta hesabla 20%-dən çoxunu xoruldayırlar. Xorlama yüksək qan təzyiqi və nəzarətsiz hipertoniya ilə əlaqələndirilir. Tədqiqat işinin nəticəsinə əsasən, müntəzəm xoruldama ürək problemlərindən xəbər verə bilər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi