Xoşbəxt qadınlar pis həyat yoldaşı olur

Xoşbəxt qadınlar pis həyat yoldaşı olurUzun illərin təcrübəsi göstərib ki, xoşbəxt qadın adətən qayğısız, etinasız həyat yoldaşı olur. Onların evlərində də həmişə içilməmiş qəhvə fincanı, dağınıq yataq, oxunmamış kitab, şən səliqəsizliyə rast gələrsiniz.

Yenicag.az xəbər verir ki, mütəxəssislər xoşbəxt qadınların pis həyat yoldaşı olduqlarını iddia edirlər.

Onların fikrincə, bədbəxt qadınlar daha yaxşı həyat yoldaşı ola bilir. Onların həyatı uğursuzluqlarla dolub daşır, qəlblərini buz kəsib. Fərq yoxdur hansı səbəbdən, nə üçün… O qadınlar sadəcə bədbəxtdirlər.

Tutaq ki, xoşbəxt qadın dolabda təmiz yataq dəsti tapa bilmir. Yadına düşür ki, axı paltarları yumağı unudub. Amma əhvalı o qədər yaxşıdır ki, bu hadisəyə gülür və önəm vermir.

Xoşbəxt qadının evində heç vaxt ehtiyyatda ərzaq, əşya və ya pul olmur. Buna görə də qarşı tərəf özünü çox lazımlı hiss edir. Anlayır ki, o olmasa, qadın bütün bunları əldə edə bilməz. Sevimli, şən, enerji dolu qadınını xoşbəxt etmək üçün kişi məişət məsuliyyətini də könüllü şəkildə öz üzərinə götürür. Qadın onu idarə etməyə çalışmır, çərçivəyə salmır. Ona görə kişi həyat yoldaşını qısqanır, daim yanında olmağa can atır.

Bədbəxt qadınlarsa, əksinə tez və dadlı xörəklər bişirir. Ona görə də əri sağlam və gümrahdır. Ümidsiz qadınların evində hər zaman əsgərlikdə olduğu kimi ideal təmizlik hökm sürür. Dolablarda paltarlar riyazı dəqiqliklə qatlanıb, mətbəxində hətta müharibələrə tab gətirən ərzaq ehtiyatı var. O, həm də qənaətcildir. Pul yığmağı da bacarır. Gün ərzində dərdlərindən qurtulmaq üçün özünü ev işlərinin ağuşuna atır, fasilə vermədən qabları, paltarları yuyur, ev yığışdırır. Ərini də tez-tez yaxşıca yedirib-içirdir.

Çox vaxt kişi qaynanmış suda məhv olan mikrob, yaxud təmiz mətbəx sevməyən tarakan kimi bu şəraitdən qaçmağa can atır. Bu qadınlar gözətçi kimi ərlərini güdür, pencəklərinin üstündə qadın teli axtarırlar. Onların ərləri də körpə kimi küçədəki "zibil"i dadmağa meyllənirlər.

Ətrafında hər kəs bu qadının ideal həyat yoldaşı olduğunu deyir. Rəfiqələrini də ev işlərindəki uğurlarına görə tərifləyir. "Bu gün bişirdiyi yeməyi bəyəndim. Görünür ki, evdarlığı öyrənmək istəyir" kimi cümlələr qurur.

Bədbəxt qadınlar gün ərzində vəhşi işgüzarlıqla evin içində dolaşırlar ki, toz damcısı, yaxud ləkəli güzgünü silsinlər. Ərləri də evdə necə davranacaqlarını bilmirlər. Evdəki səliqəni pozmaqdan qorxduqları kimi, onunla rahat, isti, çılpaq ünsiyyətdən də çəkinirlər./Publika/

www.yenicag.az

Xəbərlər     Baxılıb: 1557   Tarix: 28 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda