"Xose Ramil Nabranın əlaltısı oldu" — Nazilə "Maşın şou"nun pərdəarxasını AÇIQLADI

"Xose Ramil Nabranın əlaltısı oldu" — Nazilə "Maşın şou"nun pərdəarxasını AÇIQLADIXəyalə Quliyeva tərəfindən ötən gün "Maşın" realiti-şousundan uzaqlaşdırılan şairə Nazilə Səfərli ilk açıqlamasını verib.
O, "Ölkə.Az"ın əməkdaşıyla söhbətində həm özü, həm də şou barədə səsləndirilən bəzi fikirlərə aydınlıq gətirib:

"Mən o yarışmaya qatılanda demişdim ki, ən yaxşı halda beş gün qalacağam və gedəcəyəm. Sadəcə, ordakılar da gördü ki, yaxşı taktikam var və məni ruhlandırdıqları üçün qaldım. Düzdür, bir ara şayiə gəzdi ki, guya əlimi maşından götürmüşəm. Əsla belə deyildi. Sadəcə, mənə "əlini maşına qoy" deyən olmamışdı. Səs toplayıb günün qalibi oldum və heç kimi uzaqlaşdırmadım. Geri qayıdıb gözləyirdim. Dedilər ki, əlini maşına qoya bilərsən. Mən də həmin startı gözləyirdim".

N.Səfərli şounun müəllifi və aparıcısı Murad Dadaşov barədə isə bunları deyib:

"Saxtakarlıqdan ümumiyyətlə söhbət gedə bilməz. Murad Dadaşov kimi bir insanı tanımağıma çox xoşbəxtəm. Mən onu bu qədər bilmirdim. Şoumen və xalq artisti kimi tanıyırdım, bu qədər gözəl xarakterə sahib olduğunu isə şounun gedişatında kəşf etdim. Və onun bütün komandasını tanımağıma çox xoşbəxtəm".

Nazilə Səfərli şoudan uzaqlaşdırılmasına münasibət bildirərkən Xose Bernardo barədə tənqidi fikirlər səsləndirib:

"Gəldiyimiz gündən hər kəs mənimlə və Sərxanla mübarizə apardı. Bizdən başqa hədəf yox idi, oynaya bilmirdilər. Onlar elə düşünürdülər ki, axıra qalsalar, maşın onların olacaq. Təki olsun. Maşın kimə layiqdirsə, onun da olsun. Xəyalənin məni çıxartmağına gəlincə, əlimi götürəndə o, "səni çıxardıram" deməmişdi. Ondan bir gün öncə də Sərxan Kərəmoğlu bir neçə insanın, həmçinin Xəyalənin adını çəkdi və ağıla gəlməyən bir insanı uzaqlaşdırdı. Bir az səbr etsəydim, Xəyalə fikrini dəyişəcəkdi. Murad müəllim də orda mənə dedi ki, sən niyə tələsdin? Amma məsələ burasındadır ki, mən minnət götürə bilmirəm. Həm də Xəyalənin maşına çox ehtiyacı var. O insan nə etməliydi? Açıq oynaya bilməzdi axı. Məni də düzgün başa düşün. Bəzən yazırlar ki, Xəyalə Naziləni yola saldı. Orada təkcə Xosedə sünilik vardı və o, şouda Ramil Nabranın əlaltısı oldu. Mən onu həzm edə bilmədim. Xəyalə, sən məni Xosenin əliylə necə çıxardarsan? Bax, o mənə yer elədi. Xəyalənin özündən də çox razıyam. Məni ismətli, həyalı, qabiliyətli bir xanım çıxarıb. Məni hansısa nataraz insan uzaqlaşdırsaydı, biabır olardım. Yaxşı ki məni taraz insan çıxardı və "motalpapaq" olmadım.Hamı da gördü ki, necə oyunçuyam. Dostlarımı sevənlərimi tanıdım, özünü təqdim etməyi bacardım. Orada aşırı dərəcədə sevgi qazandım".

Qeyd edək ki, "Maşın" realiti-şousunun 17-ci sürətinin 11-ci buraxılışında teleaparıcı Xəyalə Quliyeva 85,63% səs toplayaraq, şoudan Nazilə Səfərlini uzaqlaşdırıb.

Xəbərlər     Baxılıb: 1778   Tarix: 24 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari yay geyimləri 2026 yay kolleksiyasi sidik ifrazı sistemi toy paltarlari 2026 yay kombinleri 2026 atalar sözləri kosmetika hüzeyir hacibəyov tapmaca aslan haqisda zencefil