Yağlı və problemli dərilər üçün maskalar

Yağlı və problemli dərilər üçün maskalarYağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.
Tərəfimizdən aşağıda təklif olunan maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər.
- Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla onun üzərinə qatıq və ya kefir çəkin və 15 dəqiqədən sonra sərin su ilə yuyun.
- Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarması ("herkules") əlavə edin. Alınan qarışığı sıyıq şəklini alana qədər qaynadılmış su ilə durulaşdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
- 1 xörək qaşığı mayanın üzərinə 2-3 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi və 1 neçə damcı 3%-li hidrogen peroksid məhlulu (apteklərdə satılır) əlavə edərək qarışdırın. Alınan maskanı köpüklü şəkildə üzün dərisinə çəkib 15 dəqiqə saxlayın.
- 1 xörək qaşığı ağ gilin üzərinə 1 çay qaşığı limon şirəsi, eyni miqdarda bal və qatı kütlə alınana qədər bir qədər qaynadılmış ilıq su əlavə edin. Maskanı dərinizə çəkin və 15 dəqiqə saxlayın.
- 1 xörək qaşığı xırda doğranmış cəfəri göyərtisini 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı kefir ilə qarışdırın. Üzərinə bir qədər kəpək və ya nişasta əlavə edib alınan qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
- 1 yumurta ağını köpüklənənə qədar çaldıqdan sonra onu 1 çay qaşığı limon şirəsi və 2 xörək qaşığı aloye bitkisinin şirəsi ilə qarışdırın. Alınan qarışığı üzünüzün dərisinə çəkin və 15 dəqiqə saxlayın.
- Kiçik sürtgəcdən keçirilmiş xiyarı çalınmış yumurta ağı ilə qarışdıraraq dərinizə çəkib 15 dəqiqə saxlayın.
- 2 xörək qaşığı həcmində olmaqla pomidorun ətli hissəsindən alınan şirəni 1 xörək qaşığı limon şirəsi, eyni miqdarda xiyar şirəsi ilə qarışdıraraq üzərinə qatı kütlə alınana qədər buğda və ya düyü unu əlavə edin. Alınan maskanı üzünüzə çəkib 15 dəqiqə saxlayın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2081   Tarix: 02 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

hamiləlik yay kolleksiyasi geyim şəkilləri salatlar və qəlyanaltılar gozlerin bezedilmesi hamilelik diş ağrısı kosmetika qiz burcu baldiza aid kurtlar vadisi balıq vetene aid atalar sozleri