Yaşlılar niyə tez-tez xəstələnir?

Yaşlılar niyə tez-tez xəstələnir?Tszinan Universiteti və Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanların infeksiyalara qarşı həssaslığının əsasında immunitetə görə cavabdeh olan T-hüceyrələrinin fəaliyyətinin pisləşməsi dayanır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Aging Research" jurnalında dərc olunub.
Tədqiqat insanın immun funksiyasının təmin edilməsində T-hüceyrələrin (T-limfositlərin) rolu haqqında əvvəllər dərc edilmiş elmi araşdırmaların icmalıdır.
Alimlər yaşlandıqca T-hüceyrələrin yetişməsi üçün lazım olan timusun və ya çəngələbənzər vəzinin dəyişikliklərə məruz qaldığını bildiriblər. Bu, yaşlılarda antigenlərə qarşı immun reaksiyanın azalmasına, infeksiyalara və xərçəngə qarşı həssaslığın artmasına səbəb olur. Bundan əlavə, timusun "qocalması" immunoloji yaddaşa - immun sisteminin orqanizmin əvvəllər qarşılaşdığı bir antigeni tez və məqsədyönlü şəkildə tanımaq qabiliyyətinə mənfi təsir göstərir.
Tədqiqatçıların fikrincə, yaşlı insanların immunitetini "cavanlaşdıran" yeni üsulların öyrənilməsi üçün timusda immun hüceyrələrinin yetişməsi və differensasiyası mexanizmlərini başa düşmək çox vacibdir. Alimlər T-hüceyrələrin bərpasını təşviq edən dərmanların hazırlanmasının nəinki yaşa bağlı xəstəliklərdən qoruya biləcəyini, həm də ömrün uzunluğunu artıra biləcəyini irəli sürüblər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1098   Tarix: 27 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma yaz geyimleri 2026 yeni paltarlar 2026 dostluq haqqında atalar sözləri dondurmalar xəmir xörəkləri kosmetika qizlar baldiza aid haxisda ginekoloq toy gecesı rus dili 2ci ders