Yaz aylarında yayılan infeksion xəstəliklər

Yaz aylarında yayılan infeksion xəstəliklərYazın gəlişi ilə xəstəliklərin sayı da artır. Həmin xəstəliklər sırasına daha çox qızılca və suçiçəyini aid etmək olar. Onların bu mövsümdə yayılmasının səbəbi isə yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva deyib: "Suçiçəyinin ilkin əlamətləri virusa yoluxandan sonra ilk gün ümumi halsızlıq və temperaturun müşahidə olunası, ikinci və üçüncü gündən sonra isə uşaqlarda virusun özünəməxsus səpgilərinin əmələ gəlməsidir. Dəri səthindən qabarıq və içərisi maye ilə dolu səpgilər onun üçün çox xarakterikdir. Hətta saç tüklərinin arasında, qulağın içində, gözlərdə belə həmin səpgiləri müşahidə etmək olur. Adətən həmin dövrdə valideynlər uşaqların çimməyinə icazə verilib-verilməməsi barədə soruşurlar. Təbii ki, dəri səthini təmiz saxlamaq üçün çimmək olar, lakin sərt yuyunmaq, kisə və digər vasitələrdən istifadə etmək düzgün deyil".
Xəstəliyin yeganə mənbəyi insandır. Virus xəstə uşağın asqırması, öskürməsi, bir sözlə, hava-damcı yolu ilə ötürülür. Xəstə ilə təmasdan 14-22 gün sonra ilkin əlamətlər özünü büruzə verir.
Həmin mövsümdə suçiçəyindən sonra azyaşlılar arşında geniş yayılan infeksiyalardan biri də qızılcadır. Xəstəliyə 6 aya qədər körpələrdə nadir hallarda rast gəlinir. Virus özünü yoluxmadan 10 gün sonra göstərməyə başlayır. Qızılcaya yoluxan şəxs səpgilər başlamazdan əvvəlki 3-4 gün və sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öskürdüyü zaman virus ətrafa yayılır, havada və səthdə 2 saat müddətində qala bilir.
"İlk gün qızdırma, ümumi halsızlıq, iştahasızlıq və bununla yanaşı bütün bədənin səpməsi müşahidə olunur. Səpgilər suçiçəyindən fərqli olaraq qabarıq şəkildə olmur. Virus olduğuna görə həm suçiçəyi, həm də qızılcanın meningit, ensafelit və s. kimi ağırlaşmaları ola bilər. Qızılca da virus olduğuna görə ona yoluxduqda antibiotikdən istifadə edilməsi düzgün yanaşma deyil. Peyvənd etdirməklə uşaqları bu infeksiyadan qorumaq mümkündür", - deyə həkim-pediatr bildirib.
Suçiçəyi və qızılca xəstəliklərini keçirənlər bu infeksiyalara qarşı ömür boyu immunitet qazanırlar və bir daha ona yoluxmurlar. Lakin yoluxanların 20 faizində təkrar yoluxma halı baş verə bilər. Həmin viruslardan qoruyan yeganə etibarlı yol isə peyvənddir. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1413   Tarix: 26 mart 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

həkim məsləhəti kosmetik vasiteler qadin sayti toy qabağı infeksiya cinsi sağlamlıq milli yemekler kosmetika eqreb novruza aid hakışda big.az novruza aid hakiwda