Yemək üstündə qardaşını öldürdü, ona ox atanı komandir təyin etdi – Çingizxanla bağlı MARAQLI FAKTLAR

Yemək üstündə qardaşını öldürdü, ona ox atanı komandir təyin etdi – Çingizxanla bağlı MARAQLI FAKTLARBu dəfə dünyanın ən böyük sərkərdələrindən biri sayılan Çingizxan haqqında danışacağıq. O, 1162-ci ildə Onon çayının sahilində doğulub. Onun adı "dəmir" və ya "dəmirçi" mənasını verən Timuçin idi. Çingizin cəmi 9 yaşı olanda atası rəqib tatar tayfası tərəfindən zəhərlənib. Öz tayfası ailəsini sürgünə göndərdiyi üçün anası 7 uşağını tək böyütməli olub.
Publika.az dünyanın ən böyük sərkərdələrindən biri olan Çingizxan haqqında bilinməyən məlumatları təqdim edir.
Balaca Timuçin uşaq ikən həyatda qalmaq üçün ovla məşğul olmağa başlayıb. Hətta o ,nahar üstündə yaranan bir mübahisədə öz qardaşını öldürüb. Gənc vaxtlarında rəqib tayfalar tərəfindən özü və xanımı qaçırılır, bir müddət qul kimi yaşayır. Bütün bu çətinliklərə baxmayaraq o, 20 yaşında güclü sərkərdə kimi tanınmağa başlayır. 
"Çöl kralı" dünya tarixində iz qoymuş şəxs olsa da, onun fiziki xüsusiyyətləri haqqında elə də çox şey məlum deyil. Təəssüf ki, Timuçinin dövründən heç bir heykəltəraşlıq və rəsm əsəri qalmayıb. Bir çox mənbələrdə o, hündürboylu, güclü, gur saqqallı, uzunsaçlı biri kimi təsvir edilir. 
Çingizxan qəbilə və tayfaya önəm verən biri deyildi. O, istedadlı insanları sinfinə, əcdadlarına və hətta keçmiş sədaqətinə görə mühakimə etmədən ucaltmağı ilə tanınırdı. Bunun ən gözəl nümunələrindən biri 1201-ci ildə baş verib. Taycut qəbiləsi ilə müharibə zamanı atına atılan oxdan az qala həyatını itirəcək Timuçin müharibə bitdikdən sonra Taycut əsirlərinin yanına gedib həmin oxu kimin atdığını soruşur. Bir əsgər cəsarətlə qabağa çıxıb oxu özü atdığını deyir. Əsgərin şücaətinə heyran olan Çingizxan bu əsgəri öz ordusuna komandir təyin edir və ona ox mənasını verən "Cebe" adını verərək şərəfləndirir.
Çingizxan yürüşləri zamanı digər krallıqlara monqol hökmranlığını sülh yolu ilə qəbul etmək imkanı təklif edir, lakin müqavimət göstərənlərin heç birinə aman verməzdi. Məsələn, 1219-cu ildə Xarəzm imperiyası monqollarla müqaviləni pozdu. Ortaya çıxan problemi həll etmək üçün Çingiz xan Xarəzm şahına İpək Yolu üzərində mal ticarətinin tənzimlənməsi və nəzarəti ilə bağlı ticarət müqaviləsi təklif etdi. Ancaq qarşı tərəf bu təkliflə saraya gələn elçiləri öldürür. 
Bu hərəkətdən sonra Çingizxan bütün ordusunu yığaraq Xarəzm üzərinə hücuma keçir. Nəticədə, Xarəzm imperiyası tamamilə dağılır, lakin Çingizxan bununla kifayətlənmir. Döyüş zamanı ona əsgər göndərməyən Tankurt dövlətinə hücum edərək ailəsini qətlə yetirir. 
Tarixçilərin əsas müzakirə mövzularından biri də Çingizxanın dövründə monqolların əslində nə qədər adamı öldürməsidir. Bir çox tarixçilər bu rəqəmin 40 milyona yaxın olduğunu bildirirlər. Tarixi qeydlər göstərir ki, Çingiz xanın dövründə Çin əhalisi on milyondan çox itki verib. Onun Xarəzm imperiyasına səfəri zamanı imperiya əhalisinin dörddə üçü həlak olub. Ümumilikdə monqol hücumlarının dünya əhalisinin 11 faizini öldürdüyü hesab edilir. Bu gün eyni nisbətə çatmaq üçün təxminən 770 milyon insanın öldürülməsi lazımdır.

Maraqlı     Baxılıb: 4580   Tarix: 20 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

turlar.az

gelinlikler geyim dəbləri sac duzumleri dibcekler adət ənənələr körpə yeməyi sağlamlıq kosmetika kahfe falı qadin saglamlig qu quşu ariqlamaq vətən haqqında bayatılar