Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLARGünü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərini ortaya qoyurlar. İş-işdən keçəndən sonra müraciət edənlər nə peşəkar müəllim görür, nə də keyfiyyətli təhsil. Əksinə boşuna vaxt itirmiş olurlar.
Bəzən də reklamda "endirim" adı ilə hər hansı tanınmış müəllimini adı reklam olunur.  Müraciət edən şəxs həmin müəllimin qrupunda iştirak etmək istəyinə rəğmən, başqa birinin qrupuna yönləndirilir. Belə olduqda isə şəxsin ödənişlə bərabər, itirdiyi zamanına görə heç kəs cavabdehlik daşımır.
Bəs, kursların reallığı əks etdirməyən reklamlarına aldanmamaq üçün nə etməliyik?
Milli.Az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, bu olduqca ciddi bir problemdir: "Aldanmamaq üçün biz kursların yoxlama mexanizmini bilməliyik. Hazırda istər repetitorlar, istər hazırlıq kursları, təəssüf ki, tamamilə nəzarətdən kənar fəaliyyət göstərirlər. Onlara nəzarət mexanizmi yoxdur. Bu gün istər kurslar, istər repetitorlar bu və ya digər şəkildə reklam vasitəsilə tələbə yığırlar. Yalnız kursların fəaliyyəti Dövlət Vergi Xidməti və DSMF tərəfindən yoxlanılır ki, onların vaxtı-vaxtında vergilərini ödəməsi və ya işçilərlə əmək müqaviləsi ilə çalışdırılması məsələsinə nəzarət təmin olunsun".
Ekspert qeyd edir ki, bəzən həmin kurslarda  çalışanlar tədris etdiyi sahənin mütəxəssisi olmur. Buna görə də əvvəlcədən müqavilə imzalanmalıdır ki, öhdəliklər yerinə yetirilmədikdə ödənilmiş məbləğ və ya valideynə dəymiş xərclər geri qaytarılsın:  "Bəzən görürük ki, kimsə tərcümə ixtisasını bitirib, ingilis dili dərsini, yaxud məktəbi bitirməyən şəxslər ibtidai müəllim və ya digər fənniləri tədris edirlər. Bu gün birmənalı şəkildə onların tədris həyata keçirməsinə nəzarət olunmur. Valideynlər də saxta reklamlara aldanır. Bu əslində dələduzluq deyil, sadəcə xidmət göstərən zaman müəyyən qədər qanunvericiliyin tələbinin pozulmağıdır".
Kamran Əsədov həmçinin bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə Elm və Təhsil Nazirliyi və yaxud Dövlət İmtahan Mərkəzi mütəmadi monitorinqlər aparmalıdır:
Sonda ekspert valideynləri tövsiyə olaraq bildirib ki, hər şeyi kursun üzərinə atmaq doğru deyil. Onlar dərs prosesinə özləri də nəzarət etməlidirlər: "Bu mövzuya valideynlər nəzarət etməlidir. Övladlarını sınaq imtahanlarına cəlb etməli və kursda öyrəndiklərinin nəticəsini bilməlidirlər. Bu ciddi bir məsələdir və bəzən uşaqlar sınaqlara getmir və yaxud kurslar icazə vermir ki, onların abituriyentləri başqa kursun sınaqlarına getsin, DİM-in sınaqlarında iştirak etsin. Belə vəziyyətdə valideynlərin üzərinə böyük yük düşür. Görəndə ki, uşaq zəruri biliklərə yiyələnmir, övladlarını həmin yerdən uzaqlaşdırmaları daha məqsədə uyğun olar". 
Milli.Az

Maraqlı     Baxılıb: 11928   Tarix: 03 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

turlar.az

qis geyimləri 2026 maskalar donlar 2026 üzü nəmləndirən maska plov reseptləri əməliyyatlar bürclər iyun 2026 kosmetika baldıza aid hakışta xocali insan lakonizim seksual