Yeni ilin əsas yeməkləri neçəyə başa gələcək? - QİYMƏTLƏR

Yeni ilin əsas yeməkləri neçəyə başa gələcək? - QİYMƏTLƏRYeni il bayramının müxtəlif təamların yer aldığı süfrə başında keçirilməsi uzun illərdən qalan ənənədir. Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Yeni il süfrəsini bir qayda olaraq "Olivye" salatı, şampan və naringi bəzəyir.

Maraqlıdır ki, "Olivye" salatından ərzaq qiymətlərinin nə dərəcədə artıb-artmadığını müəyyən etmək üçün bir iqtisadi indeks kimi də istifadə olunur.

Məsələn, qonşu Rusiyada 2018-ci ildə bu indeks (ötən illə müqayisədə) 4,6% faiz yüksəlib və 412 rubldan çox məbləğ təşkil edir.

Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?

Xanim.az Oxu.Az-a istinadən xəbər verir ki, Davamlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev bu haqda Media.Az-a danışıb.

Onun sözlərinə görə, Azərbaycan üçün "Olivye indeksi" o qədər aktual deyil, nəinki ənənəvi "dolma indeksi" və ya "plov indeksi".

"Əhalinin 80 faizində Yeni il süfrəsində plov, ya da dolma olacaq. Bu il "dolma indeksi" ötənilkindən fərqli olaraq, daha ucuz olacaq. Bu, həmin yeməyin əsas elementlərindən olan göyərtinin ucuzlaşması ilə əlaqəlidir. Hazırda yeddi dəstə göyərti bir manata satılır.

Yalnız ətin qiymətində dəyişiklik ola bilər. Biz ət qiymətinin 50 qəpik bahalaşacağını proqnozlaşdırırıq. Bu isə onunla əlaqədardır ki, bazarlarda baytar nəzarəti qadağan edilib; baytar nəzarəti artıq birbaşa sallaqxanalarda həyata keçirilir.

"Dolma indeksi" günümüzə 14 manat təşkil edir. Bu məbləğə bir kiloqram ət, yağ, düyü, üzüm yarpaqları və göyərti daxildir. İndeksi hesablayan zaman kiloqramı doqquz manata satılan ət əsas götürülür.

"Plov indeksi" isə sizin hansı plovu hazırlayacağınızdan asılıdır. Məsələn, göyərtiyə üstünlüyün verildiyi səbzi-qovurma plovu dörd nəfərlik ailəyə səkkiz manata başa gələcək.

Meyvə quruları və şabalıdlardan ibarət "klassik plov"u hazırlamaq üçün isə 15 manat xərcləməli olacaqlar. "Olivye indeksinə" gəlincə, bu il Azərbaycanda, əksinə, qiymət ötən illə müqayisədə aşağı düşüb. Deyək ki, dörd nəfərlik ailəyə təxminən doqquz manata başa gələcək", - deyə N.Ağayev bildirib.

İqtisadi elmlər doktoru, professor Elşad Məmmədov isə Media.Az-la söhbətində, qida sektoruna aid populyar brend məhsulları ilə əlaqəli "indekslərin", iqtisadiyyatda inflyasiya səviyyəsinin ölçülməsi məqsədilə müntəzəm olaraq tətbiq olunduğunu dilə gətirib.

Bu baxımdan, ən populyar indeks "Big Mac indeksi", yəni alıcılıq qabiliyyəti paritetinin qeyri-rəsmi müəyyən edilməsi yolu sayılır.

"Sual yarana bilər. Bu indekslər nə üçün bu qədər effektiv və indikativdir? Məsələ ondadır ki, onlar alıcılıq qabiliyyəti və ölkədaxili makroiqtisadi vəziyyət baxımından bütövlükdə mövcud şəraiti öyrənməyə kömək edir. Azərbaycandakı "Olivye indeksinə" gəlincə, bu indeksi təhlil etdikcə, salatın tərkib hissəsini təşkil edən ərzaq növlərinin maya dəyərinin kifayət qədər ucuz olduğuna əmin oluruq.

Ancaq bunu heç də müsbət hal kimi qiymətləndirmək olmaz, ona görə ki, bu göstərici ölkədə əməyə görə ödənişin kifayət qədər aşağı olduğuna işarə edir. Bu bizim milli valyutanın lazımınca qiymətləndirilmədiyini və birja göstəricilərinin böyük alıcılıq qabiliyyətinə malik olduğunu göstərir.

Ona görə də bu indeksləri universal şəkildə tətbiq etmək düzgün deyil. Son illər Azərbaycan iqtisadiyyatında sabitlik əldə olunub, inflyasiya səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Ancaq bu, ilk növbədə dövriyyədə olan pul kütləsinin kəskin azalması ilə əlaqədardır. Bu isə öz növbəsində alıcı tələbinin aşağı düşməsinə yol açıb. "Olivye indeksinin" kifayət qədər aşağı olması elə bundan qaynaqlanır", - deyə ekspert fikrini tamamlayıb.

Xəbərlər     Baxılıb: 1684   Tarix: 17 dekabr 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

yemek reseptleri yay kolleksiyasi geyim dəbləri ancelinacoli 2026 yaz kolleksiyasi naina ibrahimova tanınmış qadınlar kosmetika xərçəng bürcü xerceng gozellik veten haqqinda atalar sozleri baliq burcu