Yeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi - FOTOLAR

Müğənnilər Sevil-Sevinc Səfərova bacıları söz və musiqisi müğənni Vasif Əzimova aid olan "Dərdin nədir" adlı mahnılarına çəkilən klipi təqdim ediblər.

Xanim.az xəbər verir ki, media nümayəndələrini saat 13:00-da görüşə dəvət edən ifaçılar hər zaman olduğu kimi bu dəfə öz tədbirlərinə nə az, nə çox düz 40 dəqiqə gecikiblər.

Məkana daxil olduqdan sonra isə ulduz havasına qapılan əkizlər gecikmələrinin günahını yenə də jurnalistlərdə görüblər. Belə ki, əsas səbəb olaraq gözəllik salonunda mətbuat konfransına hazırlaşmalarını bəhanə gətiriblər. Bu da azmış kimi, "Ulduzlar gecikmir, onlar yubanırlar" deyə bacılar gülümsəyib.

Daha sonra isə sözügedən mahnıya çəkilən klip nümayiş olunub və ifaçılar yeni işləri haqda məlumat veriblər:

"Bunlar hamısı həyatda baş verən hadisələrdir. İstədik ki, hər gün, hər saat xanımlarımızın həyatında baş verən bu dərdi ekranda göstərək.

Düşünürük ki, bu dəqiqə bizi ən yaxşı xanımlar anlayır".

Xəyanətdən bəhs edən klip haqda danışdıqdan sonra Sevinc Səfərova xəyanətə olan münasibətini dilə gətirib:

"Səmimi deyim ki, kişilərin xəyanətinə heç vaxt pis baxmamışam və əleyhinə də deyiləm. Amma xanımların da zərif və toxunulmaz olmalarını sevirəm. Ağıllı kişi xəyanətini heç vaxt biruzə verməz. Ona görə də ağıllı kişi ilə görüşün".

Əkiz bacılar, xanım ifaçıların qazanc yeri haqda təhqirlərə yol verən şəxslərə müraciət ediblər:

"Xanım müğənnilərimizin bəzilərini qınayıram. Çünki çıxıb efirdə deyirlər ki, bahalı qadınam. Mənə bu qədər pul xərclədilər. Bunu demək olmaz! Ola bilsin ki, 99 faiz xanımlar eynidir, amma 1 faizini onlara qatmaq olmaz. Ən azından mənim anam, qardaşım, əmilərim, doğmalarım bu müsahibələri oxuyurlar. Onlar bizim əziyyət çəkdiyimizi bilirlər. Lakin bu yazıları görəndən sonra onlarda da belə fikir formalaşır. Bundan sonra hara getsən məcbursan ki, canlı yayım açasan. Hər kəs harda olduğunu bilsin".

Elman Məmmədov

Yeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi - FOTOLARYeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi - FOTOLARYeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi - FOTOLARYeni kliplərini təqdim edən Sevil-Sevinc yenə gecikdi - FOTOLAR

Xəbərlər     Baxılıb: 2658   Tarix: 14 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy makiyaji sekilleri maskalar adlarin menasi etiraflar balın faydaları karolın ve gızlı dunya ızle janrlar kosmetika sac modelleri qaynana novruz haqistalari vətənə aid bayatı arxadan olmag