Yeni "Toyota Prado" özünə heyran etdi - FOTOLAR

Ötən günlərdə "Sea Breeze"də yeni Toyota Prado-nun təqdimat mərasimi baş tutdu.

65 illik geniş yolsuzluq mirası sayəsində Land Cruiser Prado keyfiyyəti, davamlılığı, etibarlılığı ilə seçilir. Dünyanın 190-dan çox ölkəsində Land Cruiser öz yolsuzluq göstəricilərinə görə ən güclü və ən etibarlı "4x4"lərdən biri kimi ön plana çıxıb, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olub.

Ölkəmizə nəzər saldıqda Toyota Prado avtomobillərinə olan maraq gözə çarpır. Yeni Land Cruiser Prado isə bir sıra innovativ funksiyaları ilə həm adi yolda, həm yolsuzluq şəraitində yerli alıcıların sevimlisinə çevriləcək.

Təqdimat mərasimi zamanı Toyota-nın Qafqaz üzrə prezidenti Mitsuru Konişi, Toyota Bakı Mərkəzinin marketinq müdiri Nərgiz Abbasova, Toyota Abşeron Mərkəzinin satış müdiri Elşən Əhmədov, Toyota Qafqaz MMC-nin Azərbaycan Respublikası üzrə nümayəndəsi Sabir Kazımzadə çıxış etdilər və qonaqları salamladılar.

Daha sonra avtomobilin üzərindəki örtük götürüldü və möhtəşəm görüntüsü ilə yeni Land Cruiser Prado qonaqlara təqdim olundu.

Tədbir test-drayvla davam etdi. Yeni Toyota Prado bütün maneələrdən üzüağ çıxdı və Kamran Əsədov, Ramin Musayev və Natiq Zərbəliyev kimi avtomobil ekspertlərinin rəğbətini qazandı.
Lotereya çəkilişi ilə davam edən tədbirdə bir neçə musiqi proqramı oldu və daha sonra tədbir başa çatdı.

Toyota Prado-nun yeniliklərinə gəldikdə bəzi məqamları mütləq vurğulamaq lazımdır. Modelin unikal dizayn irsindən ilhamlanmış yeni ön dizaynı göz oxşayır. Tam yeni ön işıqlar və yenilənmiş ön və arxa bamper Prado-nu daha görkəmli edib. Yeni "Crawl" sistemi ilə yolsuzluq şəraitində maneələri dəf etmək daha da asanlaşıb. "Multi-Terrain" monitoru maneələri görüb ona uyğun manevrlər etmək imkanı yaradır. MTS sistemi ilə isə palçıqlı, qumlu və sürüşkən yollar artıq təhlükəsizdir.

Sadalanan bütün üstünlükləri özünüz gəlib yerindəcə test edə bilərsiniz. Toyota Bakı, Abşeron və Gəncə Mərkəzlərində test-drayv imkanı ilə yeni Prado-nu sınaqdan keçirməyə tələsin.

Daha ətraflı məlumat üçün toyota.az saytına müraciət edin.
Yeni "Toyota Prado" özünə heyran etdi - FOTOLARYeni "Toyota Prado" özünə heyran etdi - FOTOLARYeni "Toyota Prado" özünə heyran etdi - FOTOLARYeni "Toyota Prado" özünə heyran etdi - FOTOLARYeni "Toyota Prado" özünə heyran etdi - FOTOLAR

Xəbərlər     Baxılıb: 2201   Tarix: 20 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq