Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır - HƏYƏCAN TƏBİLİ

Yeniyetmələr arasında elektron qəlyan asılılığı geniş yayılır - HƏYƏCAN TƏBİLİÖvladım siqaret çəkir. Oğlum pis davranışlar edir. Qızım hələ bu yaşda bəzənmək istəyir...
Hə, bu sözlər yəqin ki, çox valideynin dilindən eşitmisiniz. Əsas da övladının yaşı 15-17 aralığında olan və yeniyetməlik dövrün keçən uşaqların valideynləri çox vaxt bu hallardan şikayətlənir. 
Hətta nəzər yetirsək, DİM-nin keçirdiyi sonuncu imtahanda şagirdlərin yoxlanışı zamanı üzərilərindən kəsici deşici alətlər, təsbeh, elektron qəlyan aşkar edilib. 
Burdan bir sual ortaya çıxır. Yetkinlik dövrünü yaşayan şagirdləri bu cür addımlardan necə qorumaq lazımdır?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan psixoloq Vəfa Rəşidova deyir ki, bu problem ailədən qaynaqlanır: 
"Son zamanlar həddindən artıq aktual məsələyə çevrilib. Yeniyetmələrin həyat tərzinin dəyişməsi bu tip hallara meylliyi artırır. Amma mən deyərdim ki, bu halların yaşanması ailə münasibətlərindən başlayır. Valideyn övlada kömək etməlidir ki, bu hallar yaşanmasın. 
Yeniyetmə uşağın çantasından küt alətlər, elektron qəlyan, siqaret niyə çıxır? Bu haradan qaynaqlanır? 
Öncə bu suallara cavab tapmaq lazımdır. Bunun qaynağı odur ki, yeniyetməlik yaş dövründə komplekslər həddindən artıq çox olur. Bu kompleksi tənzimləmək olur. Amma ailə üzvləri bu kompleksləri çoxaldıb, nalayiq sözlər, heç nə bacarmadığını deyəndə öz güvənləri aşağı enir. Nəticədə uşaq başlayır özünü belə addımlarla təsdiqləməyə. Əgər bir uşaq özünü evdə şəxsiyyət kimi görmürsə, təsdiq etmirsə, başlayır çöldə bunları etməyə. Yəni mən güclüyəm, artıq böyümüşəm, siqaret çəkə bilərəm. 
Təbii ki, bunlar doğru forma deyil. Daha da özgüvənsizlik yaradır. Özlərini bunları edirlər deyə aldadırlar. Dediyim kimi, çox təəssüf olsun ki, bu şəraiti yaradan valideynlərdir. Onlar anlamalıdırlar ki, övladlara nəyi qadağan edirsizsə, ona tərəf yönələcəklər. Valideynlər hər daima uşaqlarına inandıqlarını, şəxsiyyət olduqlarını deməlidirlər".
Burada digər bir məsələ elektron qəlyanların sağlamlığa təsiri ilə bağlıdır. Bəzi insanlar özlərini aldadaraq "mən siqaret çəkmirəm" deyib, elektron qəlyandan istifadə edirlər. 
Bəs, onların yeniyetmələrin sağlamlıq durumuna təsiri necədir?
Məsələ ilə bağlı danışan terapevt Abbas Bağırov bildirib ki, elektron siqaret və qəlyanlardan istifadə oksigenin qanda daşınmasını kəskin azaldır:
"Cəmiyyətdə elektron siqaretlərin indiyə qədər istifadə olunan tütün və tənbəkindən alınmış siqaretlərdən daha təhlükəsiz olması kimi düşüncə var. Fəqət, reallıq heç də belə deyil. Çox təəssüf edirəm ki, elektron siqaretlər barədə bu fikirlərin formalaşması marketinqinin daha geniş auditoriyaya yürüməsinə səbəb olur. Nəticədə daha azyaşlı insanlar arasında maraq oyadır. 
Yeniyetmələrin elektron siqaretlərdən istifadəsinə çox vaxt yaşlı nəsil ciddi yanaşmır. İnsanlar düşünür ki, tütündən hazırlanmadığı üçün sağlamlıq üçün zərəri yoxdur. Amma belə deyil. 
Amerika alimlərinin 2019-cu ildə apardığı tədqiqatlar onu göstərdi ki, elektron siqaretlərin mənfi təsiri adi siqaretlərdəki qədərdir. Məlum oldu ki, elektron siqaretlərdən istifadə arterial damarların kəskin zədələməsi ilə nəticələnir. Hansı ki, arterial sistemin zədələnməsi adi siqaretdə bu qədər olmur. Eyni zamanda, oksigenin qanda daşınması kəskin azalır. Bundan əlavə, sinir, immun və tənəffüs sistemlərinin gedişatını pozur. Heç kim elektron siqaretlərin zərərsiz olduğunu düşünməsin". 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1502   Tarix: 11 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri qaşların formalari avto qadın şalvar modelləri süd vəziləri ulduzlar kosmetika tapmaca qizliq perdesi vetene aid bayatilar novruz bayrami üzeyir hacıbəyli