Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimində işləyir, nəbz və nəfəsalma sürətlənir, ürək isə orqanizmə daha çox oksigen çatdırmağa çalışır.
Bu zaman siqaret tüstüsündə olan nikotin qan damarlarının daralmasına, qan təzyiqinin və ürək döyüntüsünün artmasına səbəb olur. Nəticədə orqanizmin oksigenə tələbatı artsa da, damarların daralması və tüstünün təsiri oksigenin çatdırılmasını çətinləşdirir.
Həkim qeyd edir ki, küçədə tələsən insanlar adətən qısa və sürətli nəfəs alır, bəziləri isə nikotini daha tez qəbul etmək üçün nəfəsini saxlayır. Bu isə ürək ritmində pozulmalara səbəb ola bilər.
Mütəxəssis xüsusilə hipertoniya, ürəyin işemik xəstəliyi, aritmiya, diabet və aterosklerozdan əziyyət çəkən şəxslər üçün yeriyərkən siqaret çəkməyin daha təhlükəli olduğunu vurğulayıb.
Asya
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO