Yumurtalığın kistası (kista)

Yumurtalığın kistası (kista)Yumurtalığın kistası – maye möhtəviyyatla dolu boşluqdan ibarət, şişəbənzər proseslərə aid olan yumurtalığın xoşxassəli törəməsidir.

Kista gənc qadınlarda tez-tez, 50 yaşdan yuxarı qadınlarda çox az rast gəlinir.

Törəmə bir və ya bir neçə (kistoma) ola bilər.Kistoma əsasən xoşxassəli olur, lakin bədxassəli də ola bilər.Kistomaların çıxarılması (kənarlaşdırılması) vacibdir.

Kistaların müxtəlif növləri var:

-follikulyar
-sarı cism kistası
-paraovarial
-endometrioz
-seroz
-musinoz
-dermoid və s.

Follikulyar kista və sarı cism kistası yumurtalığın özündə formalaşan funksional törəmələrə aiddir.Xoşxassəli törəmələrin divarları çox dartınmış follikula qılafından və ya sarı cismdən formalaşır.Onların yaranma səbəbi hormonal disbalansdır.

Follikulyar kista şəffaf möhtəviyyatla dolu nazik elastik divarları olan birkameralı törəmədir.Qayda üzrə belə törəmələr böyük ölçüdə olmur və qarın boşluğuna doğru böyüyür.

Sarı cism kistası diaqnozu 17-55 yaşda qadınlarda çox nadir hallarda rast gəlinir.O, qalın divarlı,sarı rəngli möhtəviyyatla dolu (hərdən qan qarışa bilər) şişdir.Belə törəmə yalnız bir tərəfli olur.Xəstəliyin yaranma səbəbi ovulyasiyadan sonra follikulanın sarı cism hüceyrələrilə dolmaması, bunun əvəzinə follikulun dartınaraq maye ilə dolmasıdır.

Paraovarial kista yumurtalıqların üstündə yerləşən artımdan formalaşır.Şəffaf maye ilə dolu oval və ya girdə formada törəmədir.Belə kistanın divarları kiçik qan damarları olan şəffaf və nazik qatdan ibarətdir.Bu diaqnoz 20-40 yaşda qadınlarda daha tez-tez rast gəlinir.Törəmənin ölçüləri çox müxtəlif – lap kiçikdən çox böyüyədək ola bilər.Bu zaman yumurtalıq patoloji prosesə cəlb olunmur.

Yumurtalıq kistasının klinikası:

Yumurtalığın funksional kistası (follikulyar və sarı cism kistası) heç cür özünü biruzə vermir və USM və ya ginekoloqun müayinəsi zamanı aşkar oluna bilər.Funksional kistanın əsas simptomları:

-qarnın aşağı hissəsində ağrı

-uzun müddətli və güclü menstruasiyalar və uşaqlıq qanaxmaları şəklində menstrual tsiklin pozulması (follikulyar kistada olur).

-uşaqlıq artımları nahiyəsində iltihabi prosess.

Follikulyar kista uşaqlığın ön və ya yan hissələrində müəyyən edilir,ölçüləri 10 sm-dən çox olmur,palpasiya zamanı az ağrılı olur.

Sarı cism kistası uşaqlıqdan yanda yerləşir,üstü hamar,konsistensiyası elastikdir.Belə kista hamiləlik dövründə yarana bilər, ancaq abortdan sonra o müstəqil sorulur.

Paraovarial kista simptomsuz gedişli olur, qadın heç bir ağrı, xoşagəlməz hallar keçirmir,menstrual tsikl pozulmur.Lakin,əgər kista çox böyük ölçülərdə olarsa aşağıdakı simptomlar yaranır:

-qarnın aşağı hissəsində ağrılar

-tez-tez sidiyə getmə(sidik kisəsini basdıqda)

-"kəskin qarın" (kista ayaqcığı burulduqda)

Yumurtalıq kistası aşkar olunanda qadının müvafiq müayinə və müalicə kursu (funksional kista olduqda) keçməsi və ya törəmənin cərrahi yolla götürülməsi vacibdir.Müvafiq müalicə aparılmazsa, təcili cərrahi müdaxilə tələb edən müxtəlif ağırlaşmalar mümkündür.

Kista ayaqcığının burulması kistanın qan dövranının pozulmasına,onun nekrozu və peritonitin inkişaf etməsinə (peritonun iltihabı) gətirib çıxarır.Bu ağırlaşmanın simptomları:qarnın aşağı hissəsində kəskin ağrı,ürəkbulanma,qusma,yüksək qızdırma.

Kistanın irinləməsi qarnın aşağı hissəsində ağrılar və yüksək qızdırma ilə özünü biruzə verir.

Kista kapsulunun partlaması çox nadir hallarda olur.Əsas simptomlar:qarında kəskin ağrılar,şok,daxili qanaxma.

Yumurtalıq kistasının müalicəsi:

Yumurtalıq kistasının müalicəsi yalnız həkim tərəfindən müxtəlif lazımi müayinələrdən,törəmənin növü və yaranma səbəbləri müəyyən edildikdən sonra təyin edilir.

Kistanın müalicəsinin medikamentoz və ya cərrahi yolla aparılması aşağıda göstərilən diaqnostik müayinə nəticələrindən asılı olaraq aparılır:

-uşaqlıq yolu müayinəsi

-USM (uşaqlıq yolu datçikindən istifadə etməklə)

-laparoskopiya

Follikulyar kista və sarı cism kistası zamanı dərman müalicəsi aparılır.Belə törəmələrin müalicəsi üçün şişlərin sorulmasına kömək edən hormonal kontraseptivlər təyin olunur.Ehtiyac varsa iltihab əleyhinə preparatlar tətbiq olunur.Qadınlar 2-3 menstrual tsikl ərzində müşahidəyə götürülür,əgər bu dövr ərzində şiş sorulmazsa cərrahi müdaxilə zəruridir.

Digər kista növləri cərrahi yolla kənarlaşdırılmalıdır.Yumurtalıq kistasının əsas cərrahi müalicə üsulu orqanları saxlamaq imkanı verən laparoskopiyadır.Bu xüsusi alətlərdən istifadə etməklə cərrahi müdaxilə aparılan hissənin altı dəfə böyüdülməsi nəticəsində mümkün olur.Belə texnologiya yumurtalığın sağlam toxumalarına minimal travma vuraraq kista kapsulasının soyulub çıxarılma əməliyyatını aparmağa imkan verir.Bundan əlavə,belə müdaxilə zamanı kiçik çanaq orqanlarına diqqətlə baxmaq mümkündür.

Yumurtalıq kistası çıxarıldıqdan sonra qadın hamilə qala və doğa bilər.

Sağlamlıq     Baxılıb: 43573   Tarix: 30 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

kosmetik vasiteler həkim məsləhəti yay kolleksiyasi uşaqları tərbiyə qadın və təhsil haqista romantik pozalar kosmetika novruz bayramina aid hakistalar hakisda janrlar səməd vurğun cantalar