Zaur Baxşəliyev: " Gec ayıldıq, amma anladıq!"

Zaur Baxşəliyev: " Gec ayıldıq, amma anladıq!"ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev 20 Yanvar faciəsi ilə bağlı xatirəsini bölüşüb.

Unikal.org xəbər verir ki, aparıcı faciə baş verən günü çox yaxşı xatırladığını bildirib:

"1990 -cı il yanvarın 15-i Şuşa şəhəri, 9 yaşım var idi. Şuşa uşaq sanatoriyasının səhnəsində yeni tamaşa qoyulurdu. Mənə isə cırtdan obrazı tapşırılmışdı. İlahi, həyatımın ilk obrazı. Mən necə həyəcanlı idim, ilk dəfə rol oynayacaqdım.

Cırtdanam cırtdan, inanmırsan bax,
Hamı yuxuda mən isə oyaq.
Südlü aş verir mənə də anam,
İndi gördünüz əsil cırtdanam!

Bu şeri gündə bəlkə yüz dəfə təkrarlayırdım, həyəcanlı idim. Hamının etimadını doğrultmalı idim. Hamıdan yaxşı, hamıdan yüksək olmalı idim. Ən əsası anam da həmin sanatoriyada müəllimə işlədiyinə görə onun başını uca etməli idim. Dönə- dönə təkrarlayırdım. Mən əmin idim ki, hamıdan yaxşı mən olacam. Səhərə qədər yatmırdım.

Nəhayət ayın 15-i son məşqlərimizi etdik. Ayın 20-ni gözləyirdim. İnanın məşq etdiyim günlərdən uzun gəlirdi mənə bu 5 gün. 19-u anamı işə çağırdılar. O, gəldi və mənə tamaşa olmayacaq dedi. Dünya sanki bir anlıq mənim üçün dayandı, mən anlamırdım nə baş verir. Anama ikinci sualı verməyə cəsarətim çatmadı ki, nə üçün?! Amma hiss edirdim ki, nəsə çox ciddi hadisə olub.

Mənim qəhrəmanım cırtdanı mən həmin gün dəfn elədim ürəyimdə! O gündən sonra Xocalı faciəsi, doğum günümü içimdə öldürdü və mən anladım ki, nə qədər uşağın körpə dünyası qaranlığa bələndi. Nə qədər ailənin cırtdanları atasız,anasız qaldı, nə qədər ailələr cırtdansız qaldı!

Bu faciələr bizə cırtdan olmamağı ,cırtdan oynamamağı , div yaratmağı, div oynamağı, divlə oynamağı öyrətdi! Gec ayıldıq, amma anladıq! Anladıq ki, div ürəkli insanlarımız meydanlarda qan tökməsə, məsum cirtdanlarımız heç bir zaman ürəklərində uşaqlıq duyğularını, uşaqlıq dünyalarını yaşaya bilməyəcək! Allah sizə rəhmət eləsin div ürəkli şəhidlərimiz. 20 Yanvar unutmadıq, bizə azadlıq daddıran günü, bu günü bizə bəxş edən insanları unutmaq olarmı?! Əsla!"BiG.AZ

Xəbərlər     Baxılıb: 2296   Tarix: 20 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

toy gecesi hamiləlik makiyaj etmek qaydalari tanışlıq saytları intim abşeron tortu dirnaq maskasi yemisan faydasi kosmetika haxışda nizami gencevi haxista hakistalar bahar