Zəlzələni uşaqlara necə izah edə bilərik? - ekspertdən AÇIQLAMA
"Yaponiyada uşaqlara zəlzələ ilə bağlı təlimlər məktəbəqədər təhsil müəssisəsindən başlayır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri yaponiyalı inşaat mühəndisi, memar və zəlzələ eksperti Yoşinori Morivaki Türkiyənin Kırklareli vilayətində keçirilən "Türkiyədə zəlzələ reallığı" adlı konfransda çıxışı zamanı deyib.
Yoşinori Morivaki Türkiyədə zəlzələ ilə bağlı təlim keçilmədiyini qeyd edib və əlavə edib ki, Yaponiyada bununla bağlı təlimlər məktəbəqədər təhsil müəssisəsindən başlayır.
"32 il əvvəl Türkiyəyə gəldiyim zaman deyirdilər ki, amandır, bircə zəlzələni uşaqlar eşitməsin. Lakin uşaqlara zəlzələni bir oyun kimi izah etmək və bu şəkildə onları maarifləndirmək lazımdır", - deyə Morivaki bildirib.
O, həmçinin üç həftə əvvəl Gemlik körfəzində baş verən 5,1 bal gücündə zəlzələni əslində 7 bal gücündə gözlədiklərini vurğulayıb. Yoşinori Morivakinin sözlərinə görə, Mərmərə qırılma xətti hələ də aktivliyini qoruyub saxlayır.
"Mərmərədə 7 bal gücündə zəlzələ gözlənildiyi halda, 5 bal gücündə baş verdi, arada 2 bal fərq var. Orada hələ də enerjinin yığılması davam edir", - deyə ekspert əlavə edib.
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin