Zəmzəm suyunun sirri nədir?- Quyuya kamera yerləşdirildi, nəticə hər kəsi şok etdi - VİDEO

Zəmzəm suyunun sirri nədir?- Quyuya kamera yerləşdirildi, nəticə hər kəsi şok etdi - VİDEOÜmumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.

Xanim.az oxu24.com-a istinadən sizə zəm-zəm suyu ilə bağlı maraqlı faktları təqdim edir:

"Zəm-zəm" sözü ərəbcə "dayan" mənasını verən "zome" sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır.

Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər.

Avropa laboratoriyalarında aparılan araşdırmalarda, zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub.

Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.

Digər sulara nisbətən çox daha qidalandırıcı və mineral maddələrlə zəngin zəm-zəm suyunun quyusu yer üzündəki ən müqəddəs torpaqlarda yerləşir. Məkkə şəhərində, Məscidül-həramın ərazisində yerləşən quyu islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşir. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. Deyilənə görə, İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım bulaqdan su doldurduqdan sonra onun dayanmasını, qurumamasını istəyərkən bir neçə dəfə "zəm-zəm"(dayan) sözünü təkrarlayıb. Suyun səviyyəsinin azalmamasının məhz bununla əlaqəli olduğu deyilir.

Hər dərdə dəva olan suyun baş ağrısını, qızdırmanı anında kəsdiyi deyilir. Gözün görmə qabiliyyətini bərpa etməyə kömək edir.

Yaponiyalı alim Masaru Emoto zəm-zəm suyunu tədqiq edib. Onun sözlərinə görə, möcüzəli su azan oxunan zaman şəffaflaşır. Bu, onu dünyadakı digər su quyularından ayıran əsas cəhərlərdən biridir. Onun sözlərinə görə, suyun tərkibində xlor yoxdur.

Ren çayının suyundan içən insanın enerjisinin azaldığına dair məlumatların gerçəkliyini yoxlamaq üçün almaniyalı mütəxəssis Knut Pfeiffer maraqlı eksperiment keçirib. O, Ren çayının suyu ilə zəm-zəm quyusunun suyunu müqayisə edib. Renin suyundan içən mütəxəssis həqiqətən də bir neçə dəqiqə sonra özünü halsız hiss edib. Daha sonra bir stəkan zəm-zəm suyunu içən Knut 35 dəqiqə sonra vəziyyətinin normallaşdığını müşahidə edib. Baş verən hadisənin səbəbini izah edə bilməyən alim bunun son dərəcə möcüzəli məqam olduğunu deyib.

Knut özünün maraqlı eksperimenti haqqında yazıb:

"Mən bir qədəh şəbəkə suyuna (adi su) bir neçə damcı zəm-zəm suyu qatdım. Suyun tərkibi dəyişərək zəm-zəm suyuna çevrildi. Möcüzəli suyun qəribə xüsusiyyəti var. Öz tərkibini dəyişməyən su istənilən başqa suları öz tərkibinə qata bilir."

Digər yaponiyalı alim Masaru Emoto isə zəmzəm kristallarını mikroskop altında müşahidə edib. Suyun dəyişkən kristal quruluşa malik olduğunu görən mütəxəssis maraqlı hadisənin şahidi olub. Onun sözlərinə görə kristallar səsə reaksiya verir: "Zəng səsində tündləşən kristallar, Quran oxunanda paklaşır və şəffaf rəng alır".

Yaponiyalı alim Masaru Emoto bildirib ki, zəm-zəm suyun fiziki və kimyəvi xüsusiyyətlər baxımından yer üzündəki bütün sulardan fərqlənir.

Bu suyun yerinin dəyişdirilməsi və satışa çıxarılması ilə bağlı suallar isə cavabsız olaraq qalır. Bir qrup mütəxəssislər, eləcə də din xadimləri zəm-zəm suyunun satılmasında, yaxud yerinin Məkkədən çıxarılaraq dəyişdirilməsində heç bir problem görməsələr də, başqa bir qrup din xadimləri bunun günah olduğunu və belə bir şeyə heç kəsin icazəsinin olmadığını deyir.

Xəbərlər     Baxılıb: 2495   Tarix: 27 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetika mehsullari qadin sayti geyim dəbləri gözəl geyimlər boşanma səbəbləri geyimler dəri və saç kosmetika banan rus dili 2ci ders meseller vətən haqqında bayatılar novruza aid hakisda