ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 SİMPTOM

ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 SİMPTOMQalxanvari vəzi orqanizmdə bir çox proseslərə təsir etdiyindən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.
Bəzən düzgün diaqnoz qoyulana qədər xəstə bir neçə mütəxəssisin müayinəsindən (kardioloq, qastroenteroloq, nevropatoloq və s.) keçir, lazım olmayan müalicələr alır.
El arasında qalxanvari vəzi xəstəliklərinə daha çox "zob" deyilir.
Milli.Az saglamolun.az-a istinadən "zob"un ən səciyyəvi simptomları ilə tanış edir.
1. Əhvalın dəyişilməsi
Qalxanvari vəzinin ifraz etdiyi hormonları insanın sinir sisteminə çox ciddi təsir edir. Əgər sizdə əhvalın daim pis olması, depressiya, apatiya, həyata marağın itməsi kimi simptomlar əmələ gəlibsə mütləq endokrinoloqa müraciət edin.
Digər tərəfdən səbəbsiz əsəbilik, aqressiya da qalxanvari vəzi xəstəliyinə işarə edə bilər.
Vaxtında müalicə olunmayan qalxanvari vəzi xəstəlikləri ciddi psixiki və şəxsiyyət pozulmlarına səbəb ola bilir.
2. Çəkinin səbəbsiz azalması və ya əksinə artması
Əgər insan qidalanmada heç bir dəyişiklik etməyib, lakin buna baxmayaraq onun çəkisi artır və ya azalırsa bu endokrinoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.
3. Boyun nahiyəsində dəyişikliklər və diskomfort
Boyun nahiyəsində şişkinlik, boyunun böyüməsi və daha enli görünməsi, nəfəsalma və udqunma zamanı çətinlik zob xəstəliyinə işarə edə bilər.
4. Saç və dırnaqların vəziyyətinin pisləşməsi, dəridə quruluq
Zob xəstəlikləri zamanı saçlar nazilir, tökülür, zəif və cansız görünür, dırnaqlar yumşaq və kövrək olur, ovulur.   
Dərinin çox quru olması, qabıq verməsi, həssaslığın artması, səpgilərin əmələ gəlməsi də digər simptomlarla birlikdə zob xəstəlikllərinə işarə edə bilər.
5. Qadınlarda menstruasiyaların pozulması
Bu zobun ən yayılmış simptomudur. Menstrual dövrünün pozulması  (qısalması və ya əksinə uzanması), menstruasiya zamanı qanın daha az və ya əksinə daha çox ifraz olunması, ağrılar zob xəstəliyinin simptomu ola bilər.
6. Bədən hərarətinin səbəbsiz artması və ya azalması
Belə xəstələr daim üşüyür və ya əksinə onlara daim isti olur. Qızdırmanı bir neçə gün ərzində ölçmək lazımdır. Qızdırma səbəbsiz olaraq düşür və ya əksinə qalxırsa endokrinoloqa müraciət edin.
7. Səbəbsiz qəbizlik və ya ishal
Qalxanvari vəzi həzm proseslərinə, bağırsaqların fəaliyyətinə çox ciddi təsir edir. Bu səbəbdən qalxanvari vəzi xəstəlikləri zamanı insanda qəbizlik və ya ishal inkişaf edə bilər. 
8. Ürək ritminin və təzyiqin dəyişilməsi
Ürək ritminin səbəbsiz olaraq artması və əksinə zəifləməsi, təzyiqin kəskin qalxması və ya enməsi zob xəstəliyindən xəbər verə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1910   Tarix: 13 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu