Zövqlü süfrə necə açılır?

Zövqlü süfrə necə açılır?Gözәl açılmış süfrә xüsusi әhvali­ruhiyyә oyadır. Buna nail olmaq üçün bәzi mәslәhәtlәri sizinlә bölüşürük.

Hәr qonağa böyük bir boşqab qoyun. Süfrә lәvazimatları boşqabın yanına qoyulur. (Ziyafәt nә qәdәr rәsmi olarsa, o qәdәr çox lәvazimat lazım olur. Lakin onlar hamısı yemәklәrin gәlmә sırasına görә düzәlmәlidir). Çәngәllәri soldan, sağları isә iti tәrәflәri boşqaba tәrәf sağdan düzün. Qaşıqları bıçaqlardan sağa düzün.
Әgәr yeriniz çoxdursa, desert (çәrәz) lәvazimatları boşqabın yuxarı hissәsinә qoyulur (çәngәl, dәstәyi sol tәrәfә boşqabın yanında, qaşıq, dәstәyi sağ tәrәfә çәngәlin yuxarı hissәsindә). Әgәr yer yoxdursa, desertdәn әvvәl artıq lәvazimatları süfrәdәn yığışdırın vә desert lәvazimatlarını düzün.

Pirojki boşqabını böyük boşqabın soluna, çәngәllәrin yuxarı hissәsinә qoyun. Kәrә yağı üçün bıçağı dәstәyi sağ tәrәfә, pirojki boşqabının üstün qoymaq olar. Әgәr salat üçün boşqablazımdırsa, onları çәngәldәn sola düzün. Bakalları (qәdәhlәri) bıçaqlardan sağa düzmәk lazımdır. Boşqaba әn yaxın su üçün stәkan qoyun, daha sonra isә içki üçün bakalları düzün. Salfetlәri çәngәllәrdәn sola vә ya böyük boşqabın ortasına qoymaq olar.

MASANIN ÜSTÜNӘ NӘ SӘRMӘK OLAR?

Süfrәlәr. Süfrә almazdan әvvәl masanı ölçün. Rәsmi ziyafәt üçün süfrә seçәrkәn, masanın uzunluğuna vә eninә 40­60 sm artırın. Dairәvi masa üçün masanın diametrinә 90 sm artırın. Әgәr qeyri­rәsmi ziyafәt verirsinizsә, süfrәni öz zövqünüzә görә seçin – parlaq vә ya pastel rәngli, birrәngli vә ya şәkilli. Ağ vә ya neytral rәngli kәtan vә ya krujevalı süfrәlәr daim zәrif görünür vә hәr qab­qacağa uyğun gәlir.

Boşqab altlıqları. Onlar müxtәlif rәngli, ölçülü, formalı vә müxtәlif materialda olur – plastmasdan tutmuş samana, kәtandan tutmuş metala qәdәr. Bütün süfrә lәvazimatları boşqab altlığının üstünә sığmalıdır, amma o biri boşqab altlığı onun üstünә çıxmamalıdır.

Salfetlәr. Ağ vә ya neytral tonlarda nazik salfetlәr daha çox rәsmi ziyafәtlәr üçün münasibdir. Digәr hallarda süfrәyә vә ya boşqab altlıqlarına uyğun gәlәn salfetlәr seçin.

SÜFRӘNİN BAYRAM ÜÇÜN BӘZӘDİLMӘSİ

Hәr bir yeri nazik, atlas lentlә bağlanmış miniatür buketlә bәzәyin.
Hәr bir yerә kiçik bir balıqqulağı qoyun.
Mağazalarda eyni kәtan salfetlәr, bokallar, çini qablar vә salfetlәr üçün üzüklәr axtarıb tapın.
Hәr bir yeri kiçik bir şamla bәzәyin Şamı yandırmazdan әvvәl bir neçә saat soyudun ki, çox әriyib axmasın.
Eleqant bir nahar yemәyi üçün әlinizlә hәr bir qonağın menyusu yazın. Kiçik kartlar üçün altlıqlar qoymağı da unutmayın.
Hәr bir yerin yanına bir gül qoyun. Kiçik şüşәlәrdә (gül mağazalarında satılır) güllәr bir neçә saat tәzә qalacaq.

MASANIN MӘRKӘZİNİ BӘZӘYİN

Әgәr masanın mәrkәzini qeyri­adi bir xörәklә bәzәsәniz, o daha yaraşıqlı görünәcәk. Mәslәhәtlәrimizdәn istifadә edәrәk buna asanlıqla nail ola bilәrsiniz. Masanın mәrkәzi hündür olmamalıdır ki, qonaqlar bir­birilәrini görә bilsinlәr. Masa boyunca fırlanıb bunu yoxlayın.
Böyük bir boşqabda güllәri, meyvәlәri, tәrәvәzlәri vә otları (göyәrtilәri) birlәşdirin. Kiçik pomidorları al lalәlәrlә; kiçik ağ vә bәnövşәyi badımcanları çiçәkli otlarla; solğun şaftalıları limonlar vә adaçayı yarpaqları ilә birlәşdirmәyә cәhd edin.
Sәbәtin içinә qәdimi bir paça qoyun; onu sulu armudlarla doldurun.
Böyük büllur vazanı qabıqlı qoz­fındıqla doldurun.
Alçaq, çiçәklәyәn güllәrlә dolu dibçәklәri taxta qutuya qoyun.
Qış ziyafәti üçün böyük, gümüşü boşqaba şabalıdlar, şam qozaları vә iynәyarpaqlı ağacların budaqlarını qoyun.
Kiçik, dekorativ boranıları toxunma sәbәtә qoyun.
Firuzәyi rәngli boşqaba narıncı vә qırmızı şirәn bibәrlәr qoymaq olar.
Yastı bir sәbәtә müxtәlif kiçik kaktuslar qoyun.

FURŞETİN TӘŞKİL OLUNMASI

Әgәr qonaqlarınızın sayı 8­dәn çoxdursa, furşet tәşkil etmәyiniz daha asan olar. Siz hәr şeyi әvvәlcәdәn hazırlaya, daha sonra qonaqlarınızla rahat­rahat ünsiyyәt qura bilәrsiz.

Sadәcә ara­sıra furşet masasının üstündәki yemәk ehtiyatlarını doldurmalısınız. Әgәr eviniz kifayәt qәdәr genişdirsә, içkilәri vә yemәklәri ayrı qoyun ki, qonaqları basabas salıb birbirini itәlәmәsinlәr. Daha yaxşı olar ki, yemәklәri masanın üstünә dairәvi, mәntiqi şәkildә düzәsiniz: әsas yemәk, tәrәvәzlәr, salatlar, çörәk. Masanın kәnarına boşqabları üst­üstә qoyun, salfetlәri vә süfrә lәvazimatlarını düzün ki, qonaqlar özü yemәklәri götürә bilsinlәr.
Sadәlik üçün hәr süfrә lәvazimatını (bıçaq vә çәngәli) salfetә bükün. Әgәr qonaqlarınızın sayı çoxdursa, yemәklәri iki sıra düzmәk olar. Hәr iki tәrәfdәn yemәklәrin sırası eyni olduğu üçün, hәr qonaq özünә daha tez qulluq edә bilәr. Yadda saxlayın ki, sizә iki dәfә artıq boşqab vә süfrә lәvazimatları lazım olacaq. Әgәr qonaqların sayı azdırsa, yemәklәri divara yaxın bufetin vә ya masanın üstünә düzün.
/resept.az/

Maraqlı     Baxılıb: 5254   Tarix: 03 avqust 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri adlarin menasi 2026 ci ilin debi uşaqları tərbiyə ayaqqabı masin sou kosmetika novruz bayramina aid hakista bayatılar qızlıq pərdəsi novruz bayramına aid bakışta turpun nağlı