Bahalı kosmetika şirkətlərinin ən məşhur maskası: AĞ GİL - Özünüz evdə də hazırlaya bilərsiniz/ RESEPT

Bahalı kosmetika şirkətlərinin ən məşhur maskası: AĞ GİL - Özünüz evdə də hazırlaya bilərsiniz/ RESEPTGözəl görünmək üçün bahalı vasitələr almaq vacib deyil. Daha ucuz universal vasitə var ki, onunla bahalı vasitələrin verdiyi effekti almaq mümkündür – bu, ağ gildir.

Xanim.az Medicina.az-a iistinadən xəbər verir ki, ağ gilin tərkibinə alüminium silikatlar, kremni, maqnezium, müxtəlif mineral və düz kompleksləri daxildir. Ağ gil üz üçün ideal vasitə hesab olunur. Bundan kosmetologiyanın bütün sahələrində tətbiq edilir. Ona görə də müsair kosmetologiyanı gilsiz təvəvvür etmək çətindir. Bu möcüzəvi vasitənin tərkibində olan komponenetlərin hamısının suda həll olmaması sayəsində gil maksimal dərəcədə dəri tərəfindən sovrulur. Ağ gil dərinin rəngini açır, yağlılığı aradan qaldırır, iltihabı yox edir, üz səthində olan zərərli maddələri adsorbsiya edir, məsamələri təmizləyir, piqment ləkələrinin rəngini soldurur, dəriyə elastiklik verir.

Ağ gil apteklərdə satılır. İstifadə edərkən bir sıra şərtlərə riayət edilməlidir. Gil məhlulunu qaynar suda və ya qaynadılmış suda hazırlamaq olmaz. Bu zaman onun tərkibində olan faydalı elementlər parçalanır. Həmçinin də üz dərisində hər hansı bir zədə, yanıq və ya yara olmamalıdır. Göz ətrafı hissəyə maska çəkilməməlidir. Dərinin yağlılıq dərəcəsindən aslı olaraq maska üzdə 5-20 dəqiqə arası saxlanıla bilər.

Ağ gildən müxtəlif məqsədlər üçün istifadə edilir. Onlardan bir neçəsinin reseptlərini sizə təqdim edirk:

Ağardıcı: xiyar, limon, gil. Yarım xiyarın və yarım limonun şirəsini qarışdırın. Xama qatılığına gələnədək ağ gil əlavə edin. Üzünüzdə 10-12 dəqiqə saxlayın. Maskanı 10 gündən bir etmək yaxşı nəticə verir.

Sızanaqlar əleyhinə: aloe şirəsi, mineral su və gil. Hər 3 vasitədən xama qatılığında qarışıq hazırlayın. Tətbiq ediləcək dəri qurudursa, o zaman vasitəyə bal və ya bitki yağı da əlavə edin. Üzünüzə çəkin 10 dəqiqə saxlayın.

Ağ gildən saçlar üçün də maskalar hazırlanır.

Yağlı saçlar üçün: Çobanyastığı və ya gicitkən dəmləməsi ilə ağ gildən sıyığabənzər məhlul hazırlayın. Məhlulu saçların dibinə dairəvi hərəkətlərlə yeridin. Maskanın qalan hissəsini saçların uzunu boyu sürtün. Başınıza dəsmal bağlayaraq 1 saat gözləyin. Sonra isə şampun tətbiq etmədən yuyun. İstəsəniz balzam vura bilərsiniz. Maskanı ayda 1-2 dəfə etsəniz kifayətdir.

Məlumat üçün bildirək ki, ağ gildən bahalı kosmetika şirkətləri maskalar hazırlayaraq satırlar. Qiymətləri isə kifayət qədər yüksək olur.

Gözəllik və Moda     Baxılıb: 3910   Tarix: 10 dekabr 2018
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

turlar.az

sonxeber.az geyim seçimi makiyaj etmek qaydalari qadın geyimi uşaq və təhsil sizanaqlara qarsi uz maskalari dini qadin geyimleri qutab xemiri kosmetika vetene aid bayati atalar sözləri qoğalın nağlı vetene aid bayatilar novruza aid hakista