Peşəkar makiyajın sirləri

Peşəkar makiyajın sirləriGözəl görünmək, hər şeydən əvvəl özünü yaxşı hiss etmək vacibdir. Makiyaj  insanın həyatını yalnız estetik deyil, həm də psixoloji cəhətdən formalaşdıran bir amildir. Professional makiyaj, hər şeydən əvvəl üzün rənglənməsi deyil. Təmiz, parlaq, hamar dəridə üzün gözəl xətlərini üzə çıxarmaqdır.
Beləliklə, sizə peşəkar makiyajın sirlərini təqdim edirik.
– Hər şeydən əvvəl dərinin tipi təyin olunmalı və məhsullar ona uyğun seçilməlidir. Dərinin quru və ya yağlı olması, damarların səthə yaxınlığı, allergik olub-olmamasına diqqət edilməlidir.
– Üz forması nəzərə alınmalıdır. Makiyaja başlamazdan əvvəl üzün anatomiyası müəyyən edilməli və hansı xətlərin vurğulanacağına qərar verilməlidir.
– Üzdəki təbii mimikalar heç vaxt gözardı edilməməlidir.
– Makiyaj edəcək şəxsin rəng və işıq haqqında əsas bilikləri olmalıdır. Hansı rənglərin birlikdə istifadə oluna biləcəyi və bunun necə kölgə effektini yaradacağı bilinməlidir.
Makiyajda etdiyimiz ən böyük səhvlərdən biri də düzgün nəmləndiricidən istifadə etməməyimizdir. Dəri tipinə uyğun nəmləndiricini seçmək makiyajınızın daha dolğun olmasına gətirib çıxaracaq. Qeyd edək ki, üzün nəmləndirmə prosesini makiyaja başlamadan 15 dəqiqə əvvəl etməlisiniz.
Peşəkar makiyajın sirləriMakiyaja başlayanda üzdəki rəng bütünlüyünü qorumalısınız. Dərinin rəng bütünlüyünü əldə etmək üçün dəridə olan ləkə və yara izlərini örtməlisiniz.
Əgər dərinizdəki ləkələr açıq rənglidirsə, bu zaman tünd rəngli tonal kremdən istifadə etməyiniz məsləhətdir.
Tünd rəngli ləkələrdə isə açıq rəngli tonaldan istifadə olunmalıdır.
Gözaltı kremindən istifadə zamanı da diqqətli olmaq lazımdır. Çox zaman bu kremin düzgün seçilməməsi ilə üzdə rəng fərqliliyi yaranır. Bu isə heç yaxşı görünmür. Adətən pudra ilə matlıq təmin olunmalıdır. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3900   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

turlar.az

sonxeber.az həkim məsləhəti geyim seçimi yaz geyimleri 2024 qarabasaq kotleti oxatan burcu bulka reseptləri duru yeməklər kosmetika uşaq nece olur bayraq qaynanaya aid oyunlar insan