XANIMLAR, DİQQƏT! - Qış tədarükü edərkən bunları mütləq bilməlisiniz

XANIMLAR, DİQQƏT! - Qış tədarükü edərkən bunları mütləq bilməlisinizXanımlar yayda meyvə, tərəvəzin bol olduğu mövsümdə qış tədarükü etmək üçün hazırlıqlar edirlər. Onlar qışa tədarük görürlər ki, mövsümün eyni yeməkləri onları bezdirməsin. Soyuq dönəmdə, xüsusən qış fəslində yeməklərimizə turşuların (şorabaların, tutmaların) xüsusi dad verdiyini yəqin ki, heç kəs inkar etməz. Düzdür, indi bir çoxları həmin məhsulları dükandan almağa üstünlük verirlər, amma ev şəraitində hazırlanan qidanın yerini heç nə vermir. Nəzərə alsaq ki, karantin rejimidir və bu işləri görmək üçün bol vaxtımız var, elə isə iş başına.

Bəs qışa tədarük edərkən nələrə diqqət etmək lazımdır? Hazırlanan məhsulun uzun müddət qalması və zərərsiz olması üçün nələr etməliyik?
"1 kq çəyirdəyi çıxarılmış gilasa 1 kq 200 qr şəkər tozu qatılır. Daha sonra 2 qr limon turşusu, yaxud limon duzu əlavə olunur. 1 paket vanil, yaxud da hil qatılır. Daha sonra zəif odun üzərində hər dəfə 8-10 dəqiqə qaynadılmaqla , 3-5 saat ara verilir və 3 dəfəyə bişirilir.

Ən əsası da diqqət etmək lazımdır ki, seçilmiş meyvələrin içində çürümüş, yaxud da zədələnmişi olmasın. Bu istənilən meyvəyə aiddir. Bundan əlavə, meyvənin saplağından ayrılması mütləqdir. Əks halda saplağın dibində yığılan bakteriyalar bişirdiyimiz mürəbbəyə də sirayət etmiş olar. Meyvələrin orqanik, yerli olması da çox önəmlidir.

İndi isə gəldik turşunun hazırlanma qaydasına. Bunun üçün bizə 1kq kələm, 100qr kök, 200 qr çuğundur, 5 ədəd dəfnə yarpağı, 10 ədəd üyüdülməmiş dən istiot, 15 qr duz, 350 qr üzüm sirkəsi lazım olacaq. Ərzaqlar təmizlənir və uzun-uzun doğranır. Ədviyyatlarla qarışdırılaraq bankaya yığılır. Üzərinə üzüm sirkəsi tökülərək bankanın qapağı bağlanır. Diqqət etmək lazımdır ki, hava keçməsin. Və sərin yerdə saxlanılır. Turşuların hazırlanmasında da diqqət edin ki, məhsul yerli olsun. Tərəvəzlər mütləq şəkildə təmiz yuyulmalıdır. Turşular plastik yox, şüşə qablarda saxlanılmalıdır. Açıqda satılan turşulardan da uzaq durmaq lazımdır. Çünki onlarda hava-damcı yolu ilə yayılan virusların olması ehtimalı var".

Ağa bəy deyir ki, bəzən düzgün qaydada hazırlanmayan turşular və konservləşdirilmiş məhsullar zəhərlənməyə səbəb ola bilir:

"Zəhərlənməyə səbəb ev şəraitində hazırlanan turşular, kompotlar və ya konservləşdirilmiş hər hansısa məhsullar ola bilər və belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik "botulizm" adlanır. Botulizm müxtəlif tipli bakteriyalar və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır ( zəhərlənməsidir ). Mikrobla çirklənmiş torpaqdan yaxşı təmizlənməmiş meyvə və tərəvəzlər konservləşdirildikdən sonra sporlar vegetativ formaya kecir və toksin ifraz etməyə başlayır. Son illər botulizmlə zəhərlənməyə səbəb ancaq ev şəraitində konservlşdirilən qidalar olur. Bu riskdən azad olmaq üçün, konservləşdirilmək məqsədi ilə aldığımız meyvə və tərəvəzlər təzə olmalı, çatlaq, çürük və sapı üstündə olmamalıdır. Meyvə və tərəvəzlər axar su altında təmiz yuyulmalı və isti qaynar suda sterilizə olunmuş şüşə qablarda bağlanmalıdır həmçinin sərin, quru və qaranlıq şəraitdə mühafizə olunmalıdır. Çox vaxt istehlakçılar turşu almaq üçün mağazaya, bazara da üz tuturlar və bunun üçün diqqət olunmalı məqamlar da var. İlk növbədə açıqda satılan turşulardan uzaq durmaq lazımdır. Çünki açıq şəraitdə satılan turşuların üstünə kənardan çirkli tozun hopması, istehlakçıların turşunun dadına baxmaq məqsədi ilə əllə toxunmaları və.s mikroorqanizmlərin çoxalmasına səbəb olur ki buda zəhərlənmə ilə nəticələnir. Plastik qablarda satılan turşuları istehlak etmək də təhlükəli sayılır belə ki, plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan aşılayıcı maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur və buna görə də plastik qablarda satılan şorbalardan uzaq durmaq lazımdır. Mağazadan alacağımız turşuların qapağına diqqət etmək lazımdır ki, ağzı şişmiş və ya deformasiyaya uğramış olmasın və bununla yanaşı turşunun qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır".

Çox yaxşı deyiblər, ehtiyat igidin yaraşığıdır. Yay aylarında qışa tədarük etməklə, xanımlar soyuq aylar üçün olan ehtiyyatlarını etmiş olurlar. Amma hazırladığınız məhsulun təhlükəsiz olduğuna da diqqətlə yanaşmaq lazımdır. Təqdim etdiyimiz reseptlərə uyğun olaraq hazırlıq görsəniz, qış üçün daha dadlı və təhlükəsiz məhsul tədarükü etmiş olarsınız.

XANIM.AZ

Mətbəx     Baxılıb: 1523   Tarix: 28 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

turlar.az

sonxeber.az qadin sayti qadın geyimi makiyaj instagram azərbaycan haqda necə tez arıqlayım qadin dunyasi kulinariya saç həkimi kosmetika video masqalar masturbasiya maraqlı kley lekesi