1 milyard insanda bu vitamin çatışmır

1 milyard insanda bu vitamin çatışmırDünya əhalisinin təxminən yarısının ən azı müəyyən dərəcədə D vitamini çatışmazlığından əziyyət çəkdiyi düşünülür. D vitamini çatışmazlığından əziyyət çəkən insanların isə sayının 1 milyarda çatdığı təxmin edilir. Xüsusilə sümük sağlamlığı üçün vacib olan bu vitamini günəş işığından və müxtəlif qidalardan əldə etmək olar. Çatışmazlıq halında əlavələr asanlıqla əldə edilə bilər. Bununla belə, bütün dünyada ciddi çatışmazlıq hələ də aradan qaldırıla bilmir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı "Nutrients" jurnalında araşdırma dərc olunub. Araşdırma məqaləsində alimlər D vitamini ilə bağlı tədqiqatları qiymətləndirib və bu problemin həlli üçün öz təkliflərini veriblər.
Əzələ və sümük sağlamlığının qorunmasında mühüm rol oynayan D vitamini qanda kalsium və fosfatı normal səviyyədə saxlamağa kömək edir. İmmunitet sisteminə də təsir edən bu vitamin dağınıq sklerozdan şəkər xəstəliyinə qədər müxtəlif xəstəliklərin qarşısını da alır. Tədqiqatçılar, həmçinin bildiriblər ki, D vitamini çatışmazlığı bədəni COVID (koronavirus) kimi yoluxucu infeksiyalara qarşı daha həssas edə bilər. D vitamini çatışmazlığı daha çox yaşlı və qaradərili insanlara təsir etsə də, hər kəs bu problemdən əziyyət çəkə bilər. Mütəxəssislər belə bir çatışmazlığın günəşdən və qidalardan kifayət qədər D vitamini almaması və ya orqanizmin vitaminləri lazımi şəkildə emal edə bilməməsi səbəbindən meydana gəldiyini bildiriblər.
Geniş yayılmış çatışmazlığın bir səbəbi həyat tərzi dəyişiklikləridir. Məsələn, insanlar artıq qapalı yerlərdə daha çox vaxt keçirirlər və buna görə də D vitamininin əsas mənbəyi olan günəş işığını kifayət qədər qəbul edə bilmirlər. həkimlər tez-tez yorğunluq, sümük ağrısı, əzələ zəifliyi və pis əhvali-ruhiyyə kimi yollarla özünü göstərən D vitamini çatışmazlığı üçün bəzi məsləhətlər veriblər. Belə ki, günəş işığında daha çox vaxt keçirmək və pəhrizdə bəzi dəyişikliklər etmək faydalı ola bilər. Məsələn, qızılbalıq və sardina kimi yağlı balıqlar, yumurta sarısı, qatıq və göbələk istehlak edilməlidir. Bununla belə, mütəxəssislər D vitamininin artıq olmasının da zərərli olduğunu vurğulayıblar. Bu səbəbdən də vitaminlər həkim nəzarəti altında qəbul edilməlidir. Bundan əlavə, balıqdakı A vitamini yüksək miqdarda qəbul edildikdə sağlamlıq problemlərinə səbəb yarada bilər. Məhz buna da diqqət edilməlidir, çünki uzun müddət günəş işığında qalmaq günvurması və ya dəri xərçəngi kimi problemlərə yol açır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

aksessuarlar toy makiyaji sekilleri geyim şəkilləri qadın və texnologiya karolın ve gızlı dunya ızle kişi dünyası feyxoanin faydalari kosmetika ginekoloq toy gecesi kondom google vetene aid atalar sozleri