100 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı: "Pivə içməkdən çəkinmirəm"
ABŞ-nin Texas ştatından olan bir qadın yüzilliyini qeyd edib və bu yaşa qədər necə çatdığı barədə danışıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "WCSC-TV" məlumat yayıb.
Jenevyeva Naheranın doğum gününə onun dostları və dörd nəsil qohumları toplaşıblar.
100 yaşı tamam olan qadın həvəslə uzunömürlülüyünün sirrini açıqlayıb. Onun fikrincə, gərginləşməmək və taleyini Allaha etibar etmək lazımdır.
"Gündüz yatmayın. Mən hər şey yeyirəm və içirəm. Lap elə indi mənə pivə versəniz, içərəm. Pivə içməkdən çəkinmirəm!", - qadın bildirib.
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin