117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

117 yaşlı qadının DNT-sində Alimlər 117 yaşında dünyasını dəyişən Mariya Branyasın gen xəritəsini araşdıraraq, yaşlanmaya meydan oxuyan nadir bir genetik struktur kəşf ediblər. Tədqiqatlar göstərir ki, onun ürəyindən immun sisteminə qədər bütün biologiyası xronoloji yaşından onlarla il daha gənc davranıb.
Milli.Az xəbər verir ki, İspaniyadakı Cozep Karreras Leykoz Araşdırma İnstitutu tərəfindən aparılan tədqiqatda Branyasın qan, tüpürcək və sidik nümunələri analiz edilib. Nəticələr heyrətamizdir:
Onun immun sistemi və damar sağlamlığı özündən onlarla il gənc olan fərdlərlə eyni sağlamlıq göstəricilərinə malik olub.
Bədəndəki iltihablanma (inflamasiya) dərəcəsinin həddindən artıq aşağı olması onun xroniki xəstəliklərdən qorunmasını təmin edib.
Aralıq dənizi tipli qidalanma və aktiv həyat tərzi önəmli olsa da, əsas fərqi yaradanın beyni və immun sistemini qoruyan nadir genetik variantlar olduğu müəyyən edilib.
Araşdırmanın ən maraqlı tərəfi telomerlər (xromosomların uclarındakı qoruyucu başlıqlar) ilə bağlıdır. Normalda yaşlandıqca telomerlər qısalır və bu, ölüm riskini artırır. Branyasda bu ucların demək olar ki, tükəndiyi görülsə də, mütəxəssislər bunun bir üstünlüyə çevrildiyini düşünürlər:
Hüceyrələrin sürətlə yaşlanıb ölməsi, xərçəngli hüceyrələrin bədəndə çoxalmasının qarşısını almış ola bilər.
Bu unikal hal sübut edir ki, irəli yaş mütləq pis sağlamlıq vəziyyəti ilə eyni məna daşımır. Mariya Branyasın genetik məlumatları sağlam yaşlanmanı təmin edəcək və bəlkə də insan ömrünü uzadacaq yeni dərmanların və strateji müalicə üsullarının hazırlanması üçün elm adamlarına yol göstərir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1153   Tarix: 01 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

geyim və ayaqqabılar geyim seçimi hamiləlik toy donlari 2026 içki reseptləri ana haqqinda atalar sözləri portagalin faydasi kosmetika sanama tərəzi toy gecesi yumurta novruza aid hakisda