"14 yaşımda qaçırıldım, ana oldum"- Azərbaycanlı ifaçının tükürpədici həyat hekayəsi

"14 yaşımda qaçırıldım, ana oldum"- Azərbaycanlı ifaçının tükürpədici həyat hekayəsi- Yeni ifaçı Sabina Selcan... Sən də şou-biznes "qayda-qanunlarına" görə öncə adını dəyişdin? Səbinə ya ki, Sabina ?

- Yox, mənim adım Səbinə olmayıb. Şəxsiyyət vəsiqəm də üstümdədi, inanmırsınızsa, göstərim. Elə doğulanda mənə Sabina adını veriblər.

- Bəs Selcan ?

- Selcan mənim dünyada hər şeydən çox sevdiyim bibimin adıdır. Hazırda çox xəstdədir. Onu xilas etmək üçün çox şey etdim, amma bacarmadım. Axırda onu xəstəliklə təkbətək buraxdım. Çünki artıq bacara bilmədim. Doğulan gündən gözümü açıb, onu görmüşdüm...

- Bəs ata-anan?

- 12 yaşına kimi ata-anama dayı, bibi kimi baxmışam. Atam da, anam da sağdır. Bibim ərə gedəndə çox böyük travma yaşadım.

- Anan-atan səndən imtinamı ediblər ?

- Yox, imtina etməyiblər. Sadəcə atam altı bacının tək qardaşı olub, mən dünyaya gələndə bibim gec evlənmədiyi üçün ona verib. Əmim gənc ölüb deyə, bibilərim gec ailə qurublar.

-"Bilə-bilə etdim" mahnında çox yanıqlılıq var. Elə gözlərində də qəm-qüssə... Səbəb nədir?

- Özümü tanıyandan içimdə yığılıb, qalan o fəryadımı mahnıda "qusdum". Düzdür. bununla da sakitləşmədim.

- Niyə ? Nə incidib səni bu qədər ? Həyata niyə bu qədər küskünsən?

- Əfruzə, 14 yaşında ana oldum. Çox sakit, tərbiyəli, ağlı-başında gənc qız üçün bu bilirsənmi nə deməkdir?!

- Ailəmi qurdun, məcbur ərəmi verdilər səni?

- Yox ! 14 yaşımda qaçırtdı məni. Bir qızım dünyaya gəldi. Dünyalar qədər də çox sevirəm övladımı, heç nəyə baxmayaraq... (gözləri dolur -red) Onun üçün yaşayıram bu həyatda...

- Sabina, bəs o şəxslə yaşadınmı ?

- Yox, əlbəttə. İlk imkan əlimə düşən an qaçdım.

- Nə əcəb, uşağı tələf etmədin...

- Heç bilmirdim ki, hamiləyəm. Çox gec bunu anladım, həm də qərar verdim ki, öz ayaqlarımüstə dayanmalıyam. Balamı həyata gətirib, onun üçün yaşamalıyam. Həmin an ona çox ehtiyacım var idi. Bu həyatda qalmaq üçün balamdan iki əlli yapışdım, güclü olmağı. sınmamağı seçdim. Hal-hazırda da ifaçı kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Düzdür uzun illərdir ki, şou proqramlarda, toylarda ifa edirəm. Amma etiraf edirəm ki, məşhur deyiləm. Zamanla o da olacaq.

- Necə olacaq?

- Çalışacağam insanlar məni sevsin, hörmət eləsin. Yaşadıqlarımı onlarla bölüşəcəm. Heç nəyi gizlətməyəcəyəm. Çünki mən də qadınam, mən də onlardan biriyəm. Müğənni olanda nə olar ki?! Bu gün Sayqa Cahidlə birgə fəaliyyət göstərirəm. O bilir mən necə insanam.

- Sayqa, xeyirli, uğurlu olsun, yeni iş birliyiniz. Necə insandı Sabina?

- Sabinanı yeni tanıyıram. Amma insan sərraflığı məsələsi var. Yaralı insanı əzmək asandı, amma ona dəstək olub, yarasını sağaltmağı çox az adam bacarar. Sabina həyat da çox zərbə alıb, amma potensialı var, öz ayaqları üstdə durmağı bacarır. Düşündüm ki, niyə də mən ona dəstək olmayım. Çox kövrək qadındı. Sabina şou-biznesə gətirəcəyim bir obrazdı. Fərqi yoxdu qadının başına nə gəlir, gəlsin o güclü olmağı bacarmalıdır, ayaqüstə durmalıdır. Sabina da bariz nümunə...

- "Bilə-bilə etdim" mahnısı barədə də bir az məlumat verərdin.

- Mahnının musiqisi və sözləri Elnar Xəlilova məxsusdur. Mən niyə ona müraciət etdim, çünki istədim Sabinanın başı işinə qarışsın. İçindəki acını bir az a olsa, unuda bilsin. Mənə elə gəlir ki, Elnar Xəlilov da Sabinanın yaşadıqlarını anbaan mahnıda təcəssüm etdirə bilib. Amma təbii ki, son söz tamaşaçınındır./BiG.AZ/

Xəbərlər     Baxılıb: 5202   Tarix: 11 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan

"Blue Zones" layihəsinin qurucusu Dan Buettnerin qeyd etdiyinə görə, Mavi zonalarda (Okinava, Sardiniya, İkariya kimi yerlər) yaşayan insanlar digər cəmiyyətlərlə müqayisədə ən azı dörd qat daha çox lobya istehla

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

turlar.az

yemek reseptleri sade makiyaj sekilleri reseptler geyim necə seçməli hicab bağlamaq moruğun faydasi darcin faydasi kosmetika xocali insan dovsan vətən haqqında bayatılar hakışta