179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLAR

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLARAzərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Bu da təbii ki, ölkəmizin hərtərəfli sürətli iqtisadi tərəqqisinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür.

Yay mövsümündə minlərlə qonağı qarşılayan Qəbələ qışda da turistlərin maraq göstərdiyi əsas məkanlardan birinə çevrilib. Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda paytaxt ilə yanaşı, bölgələrdə də turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Rayonlarda irimiqyaslı turizm layihələri icra edilir.

3500 nəfərə xidmət göstərən KOMPLEKS

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLAR"Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi"ndə nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. İnsanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastruktur, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər aparılıb. Hazırda kompleks gün ərzində üç min beş yüz nəfərə xidmət göstərir.
Bütün bu xidmətlərlə tanış olmaq, eyni zamanda Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə "Qafqaz Hotel & Resort otellər qrupu"nun ev sahibliyi və təşkilatçılığı ilə fevralın 20-21-də Qəbələdə "Turizmin inkişafında KİV- in rolu və funksiyası" adlı tədbir keçirildi.
30-a yaxın media nümayəndəsinə Azərbaycanda 13, Qəbələ rayonunda 8 hoteli olan "Qafqaz Hotel & Resort otellər qrupu" haqqında məlumat verildi, hotellərin yaratdığı imkanlar müzakirə olundu. Şirkət mütamadi olaraq Azərbaycanda və xaricdə (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Dubay və s.) beynəlxalq turizm sərgilərində iştirak edərək, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur. Bildirildi ki, "Qafqaz Hotel & Resort otellər qrupu" 13 oteldən ibarət olan bir Azərbaycan brendidir. Üç və beş ulduzlu otellər 1400-dən çox qonaq qəbul etmə iqtidarındadır. Hazırda Bakı, Qəbələ, Lənkəran və digər şəhərlərdə otel məhsulları inkişaf mərhələsindədir. Qrupda 1300 nəfərdən çox işçi çalışır.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLAREkskursiyaya dördulduzlu "QafqaZ Thermal & Spa Hotel"dən başlayan KİV nümayəndələri nahar etdikdən sonra hotellə tanış oldu. Təbiətin sakit güşəsində, Yengicə isti su vannaların mənbəyində yerləşən hotel şəhər stresindən uzaqda dincəlmək və peşəkar həkimlərin müşayiəti ilə müalicə almaq üçün ideal məkandır.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLARNaftalandan daha zəngin təbiət QƏBƏLƏDƏ

Hotelin ən cazibədar tərəflərindən biri isti su vannaları ilə yanaşı naftalan vannalarının mövcudluğudur. Yay aylarında balıq həvəskarları üçün hotel xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür. Otelin yerləşdiyi ərazi mineral və termal suları ilə də çox məhşurdur.Öyrənirik ki, həmin mineral suların faydası isə böyükdür: dəri xəstəliklərinə, əzələ ağrılarına, revmatizaya birbaşa xeyirdir. Otel öz qonaqlarına 61 geniş otaq təqdim edir. Otaqların hər biri müasir standartlara cavab verən ifrastrukturla təmin edilib. Mərkəzi isitmə və kondisioner sistemi, mini bar, kabel tv və s. təmin edilib. Otelin spa mərkəzi və ya idman zalında çox rahat istirahət etmək mümkündür. Oteldə mövcud olan restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz nemətlərini dada bilərlər.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLARÖyrənirik ki, Qafqaz Karvansaray Hotel Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir və 2 nəfər üçün 80 dollar ödəyərək gecələməklə bərabər səhər yeməyi, SPA və fitness və s. kimi xidmətlərdən istifadə edə bilərlər. Daha çox ərəb turistlər bu hoteli seçir və bu qiymət onlar üçün cazibdir.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLARDaha sonra media nümayəndələri Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beşulduzlu "QafqaZ Sport Hotel"lə tanış olur. Otel qonaqlara 117 otaq təqdim edir. "QafqaZ Thermal & Spa Hotel" də olduğu kimi burada da qonaqlar dünya və azərbaycan mətbəxinin ləziz nemətlərini dada bilər. Öyrənirik ki, otelin ərazisində qonaqlar həm də koteclərdə ailəvi istirahət edə bilərlər.
Və ev sahibliyi edən"Qafqaz Hotel & Resort otellər qrupu" media nümayəndələrini adıçəkilən hotelə bir gecəlik qonaq edir.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLAR"Qafqaz Sport Hotel"in arxasında atçılıq mərkəzi açılacaq

Öyrənirik ki, otelə gələn turistlərin maraqlarını nəzərə alaraq atçılıq mərkəzləri açılacaq. Media nümayəndələri "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olur.
Novruz bayramında "Qafqaz Hotel & Resort otellər qrupu" yeni kampaniyaya start verəcək.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLARXizəksevərlərin əvəzedilməz məkanlarından "Qafqaz Tufandağ Mountain Resort Hotel" 50 otaqlı möhtəşəm bir dağ otelidir. Otel Bakı şəhər mərkəzindən 225 km, Qəbələ beynəlxalq hava limanından 20 km məsafədədir. "Qafqaz Tufandağ Mountain Resort Hotel"də 38 standard, 10 junior, 1 family və 1 Kral otağın turistlərin istifadəsinə verilməsi nəzərdə tutulur. "Tufandağ" otelində 250 nəfərlik restoran-bufet, 150 nəfərlik restoran, otelin damında yerləşən 107 nəfərlik bar da mövcuddur. Otel müasir və dəbli otaqları ilə rahat istirahət təklif edir. Qafqaz Tufandağ oteli öz cazibədar təbiəti, şərqə məxsus qonaqpırvərliyi, xoş mühiti ilə istirahət üçün hər bir imkanı təqdim edir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Yaşıl meşələri və başı qarlı əzəmətli dağlarıyla göz qamaşdıran təbiətin qoynunda 5 ulduzlu xidmət... 2015-ci ildə istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Tufandağ Hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.

Onu da öyrənirik ki, Novruz bayramı ilə əlaqədar olaraq "Qafqaz Hotel & Resort otellər qrupu" yeni kampaniyaya start verəcək. Kampaniya çərçivəsində oteldən istifadə edən qonaqlara bir çox güzəştlər tətbiq olunacaq.
KİV nümayəndələri daha sonra "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin xidmətlərindən istifadə edir, xizək sürmə təlimi keçirlər.

179 manat ödəməklə qadınınızı xoşbəxt edə bilərsiniz - FOTOLAR

Xəbərlər     Baxılıb: 2185   Tarix: 23 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yay kafeləri sağlamlıq üçün təhlükəlidir - bu qidalardan xüsusilə uzaq durmalısınız

Açıq hava kafelərinin fəallaşdığı yay mövsümündə zəhərlənmə hallarının artdığı bildirilir. xəbər verir ki, Roskaçestvo Qida Təhlükəsizliyi Kompetensiya Mərkəzinin rəhbəri Yelena Spetsenko bu barədə -ya danışıb. Onun sözlərin

.

Banan yeyərkən orqanizimdə nə baş verir?

Banan yeyərkən orqanizmdə baş verənlər həm qısa müddətli enerji artımı, həm də uzunmüddətli sağlamlıq faydaları ilə müşayiət olunur. Bu meyvə təkcə dadlı deyil, eyni zamanda bədən və beyin üçün çox yönlü bir "superqida"

.

Tez-tez acmağınızın səbəbi

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq duyduqları zaman bu boşluğu yeməklə doldurmağa üstünlük verirlər.  xəbər verir ki, bu hiss emosional aclıq adlanır. Əvvəlcə onu qeyd edək ki, bu da bulimiy

.

Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmadan istehlak edildikdə ciddi qida zəhərlənməsinə səbəb ola bilər. xəbər verir ki, qastroenteroloq Prof. Dr. Vedat Göral xəbərdarlıq edir: qarpızın xaric

.

"Koronavirus gələcəkdə də olmağa davam edəcək

"COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur".  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirus tam olara

.

Bir həftə sumaq suyu içsəniz, orqanizmdə nə baş verər?

Sumaq - tərkibi faydalı maddələrlə zəngin olan təbii bitki növüdür. Onun suyundan müntəzəm istifadə etmək sağlamlığa müxtəlif təsirlər göstərə bilər. Xüsusilə bir həftə ərzində gündəlik olaraq sumaq suyu içmək bədəndə mühü

.

Baş beynin "susuzluq siqnalı" erkən insult riskini göstərə bilər

Yeni elmi araşdırma beyin siqnallarının və susuzluğun insultla əlaqəsini ortaya qoyub. xəbər verir ki, yeni elmi araşdırma beyin siqnallarının və susuzluğun insultla əlaqəsini ortaya qoyub. ABŞ-nin Yale Universitetində aparıla

.

Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?

"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar". . Bu sözləri klinik psixoloq Zəhra Zahidova -a açıqlamasında deyib. . O bildirib ki, belə şəxslər üçün səhv etmək, gecikmək, yorulmaq və ya bir işi natama

.

Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı

Şalqam suyu, xüsusilə Türk və Azərbaycan mətbəxində çox sevilən, tərkibi zəngin və faydalı bir içkidir. Acılı və ya acısız növləri ilə süfrələrə rəng qatan bu içki, təbii probiotik hesab olunur və bir çox orqan sistemin

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamilelikde qidalanma reseptler makiyaj instagram kətələr zorlama kitayski roza almaniya haqqinda melumat bürclər sirniyatlar baldiz gəncə efsaneler