"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...

"18 günün gəlini idi, gözündən aldığı güllə yarasından öldü"- ADNA terrorundan 8 il ötür...ADNA terrorundan 8 il ötür...

El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var. Duz, xas, adına və sair…
Bir qismi yaddan çıxıb, adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də bu gündə açırıq.

BiG.AZ xatırladır ki, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü olmuşdu... 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür… O qanlı gündən artıq 8 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Amma həmin gün akademiyanın 2-ci tədris binasında qanlı terror hadisəsi baş verdi... Səhər saatlarında odlu silahla silahlanmış naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusuna hücum edərək birinci mərtəbədən yuxarı mərtəbəyədək qarşısına çıxan şəxsləri güllələdi... Gülləyə tuş gələnlərin içərisində akademiyanın professoru, laborantları, tələbələri, dosenti, müəllimləri vardı...

Qanlı hadisə nəticəsində

Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü öldürüldü...

Hadisə zamanı sağ qalan Zemfira Hüseynli Bdanışır ki, baş verənləri anbaan xatırlayır. Səsə otaqdan çıxan Zemfira Hüseynli dəhlizdə laboratoriya müdiri Tamella xanımla professor Ramiz Abdullayevin yerə yıxıldığını görüb və onlara tərəf qaçıb. Elə bu zaman Zemfira xanıma qəfildən bir nəfər yaxınlaşıb:

"Qatil mənə tərəf gəldi, əlini uzatdı silahla başımdan vurdu. Elə bil, başımı ülgüclə kəsdilər. Yerə yıxıldım. Ölmədim... Qanım Ramiz müəllimə tərəf axmağa başladı. Qatil göz hərəkətimdən sağ olduğumu görüb ikinci dəfə atəş açaraq, məni vurdu. Təkrar dəhşətli ağrı hiss etdim..."

Fərda Qədirovla göz-gözə gələn İlkin Şirəliyev də sağ qalıb. O, ikinci mərtəbədə dərsdə olan zaman auditoriyaya soxulmaq istəyən Fərdanın qarşısını tələbə yoldaşları ilə birlikdə partaları qapının ağzına yığmaqla kəsib. Amma dəhlizdən içəri atılan güllələrin qabağını almaq mümkün olmayıb... Qapının pəncərəsindən boylanan Fərda auditoriyada olan 3 tələbəni hədəfə ala bilib...

Qatilin gülləsinə tuş gələnlərdən biri də 18 günün gəlini olmuş Məmmədova Şəfa Afət qızıdır...

Anası Xuraman Məmmədova deyir ki, mənim üçün çox çətindir. Neçə illər keçsə də, həmin günü unuda bilmirik:

"Şəfa iş otağından dəhlizə çıxıb aşağı düşəndə, 3-cü mərtəbədə elə pilləkəndə, sol gözündən aldığı güllə yarasından dünyasını dəyişib. Qanlı hadisədən düz 18 gün əvvəl isə Məmmədovların yaşadığı evdə toy xonçaları bəzənmişdi".

Aprelin 12-də Şəfanı ata evindən ağ gəlinliklə aparan Rahim Tağıyev, onu düz 18 gündən sonra ağ kəfənlə son mənzilə yola salınması üçün elə ata evinə qaytardı...

Xuraman xanım deyir ki, qızı öz şəxsi həyatını demək olar ki, unudub yalnız elmlə məşğul olurmuş. Akademiyada əsas dərsliklərin rus dilində olması Şəfa üçün başlıca problemlərdən biriymiş. Bu səbəbdən Şəfa həmin dərslikləri tərcümə edib icmal xarakterli bir kitab hazırlayıbmış. 2009-cu ilin sentyabr ayında isə hazırladığı kitabı tələbələrə təqdim edəcəkdi. Qismət olmadı….

ADNA-da kütləvi terroru həyata keçirən isə Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov idi. Terrorçu hadisə zamanı həbs olunacağını görüb, özünü də güllələmişdi.

Sonda onu da əlavə edək ki, prezident İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılmışdı.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında həyat öz axarı ilə davam edir. Artıq təhsil müəssisəsinin 2 -ci korpusunun giriş qapısında mühafizə xidməti yaradılıb, polis əməkdaşları keşik çəkir. Dərsə gələn tələbələrin tələbə biletləri yoxlanılır, şəxsiyyəti təsdiq olunmadan heç kim Neft Akademiyasının binasına buraxılmır. Hətta, birinci mərtəbədən tutmuş 6-ci mərtəbəyədək mühafizə kameraları da quraşdırılıb. Kaş ki, bu elə əvvəldən belə olaydı. Baş verən bu terror hadisəsindən ölən və yaralananların yaxınları ilə yanaşı bütün ölkə sarsıldı...
Dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik...

Xəbərlər     Baxılıb: 2456   Tarix: 30 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qidalarda geniş istifadə olunan boya şəkərli diabet yaradır

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayesində məhsullara ağ rəng vermək üçün geniş istifadə olunan titan dioksid (E171) ciddi metabolik pozğunluqlara səbəb ola bilər. -ın xəbərinə görə, tədqiqatı

.

Qocalmanı gecikdirir, yuxunu da yaxşılaşdırır

Yayın ən çox istehlak edilən meyvələrindən biri də gilasdır. qafqazinfo-ya istinadən xəbər verir ki,  gilas yüksək miqdarda C vitamini, A vitamini, B1 vitamini, B3 vitamini və B6 vitamini ehtiva edir. Bu meyvə həmçinin fosfor

.

Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama qaydaları açıqlanıb. xəbər verir ki, çiyələyi yuyaraq saxlamaq olmaz. Bu halda meyvə tez yumşalır və dadını itirir. Əgər yumaq zəruridirsə, bir hissə sirkə v

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

22 yaşlı qızda xərçəng aşkarlandı

Avstraliyada 22 yaşlı qız xərçəng simptomlarını menstruasiya ilə səhv salıb. Şarlotta Lasike adlı qız uzun müddət bağırsaq xərçənginin simptomlarını menstruasiya ağrısı hesab edib. xəbər verir ki, bu barədə İspaniyanın "E

.

İstidən yata bilməyənlərin nəzərinə - Həkim qeyri-adi üsul açıqladı

Britaniyalı terapevt Amir Xan isti havalarda daha tez yuxuya getmək üçün qeyri-adi üsullar təklif edib. bildirir ki, onun tövsiyələri "Daily Mirror" nəşrində dərc olunub. Həkimin sözlərinə görə insanın yuxuya getməs

.

Hamiləlikdə ayaq niyə şişir?

Hamiləlik dövründə qadınların əksəriyyətində ayaq və topuq nahiyəsində şişkinlik müşahidə olunur. xəbər verir ki, bu hal əsasən fizioloji dəyişikliklərlə əlaqələndirilir və təhlükəli hesab olunmur. Həkimlər bildirir ki, hamiləli

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətri hara vuraq ki daha qalıcı olsun?

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəssislərin fikrincə, bədənin müəyyən nahiyələrinə vurulan ətir daha uzunmüddətli təsir göstərir. -ın məlumatına görə dermatoloqlar bildirirlər ki, ətirin qalıc

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qaşların formalari həkim məsləhəti geyim seçimi muslim somen beautiful səyahət hicab ortukleri dadlı yemək vətən həsrəti bahar azərbaycan novruz hakısdası vusale elizade