2 uşağını boğub yandıran ananın əri azərbaycanlı imiş: Dəhşətli qətl ilə bağlı yeni faktlar

2 uşağını boğub yandıran ananın əri azərbaycanlı imiş: Dəhşətli qətl ilə bağlı yeni faktlarRusiya mətbuatı Nijne-Novqorod şəhərində azyaşlı uşaqların xüsusi amansızlıqla öldürülməsi ilə bağlı yeni faktlar açıqlayıb.

Xanim.az oxu.az-a istinadən xəbər verir ki, ötən həftə Nijne-Novqorod məhkəməsi 27 yaşlı Yelena Kərimovanı dörd yaşlı qızı və iki yaşlı oğlunu öldürmə ittihamı ilə həbs edib.

Ehtimal olunur ki, qadın uşaqları əvvəlcə boğub, daha sonra izi itirmək üçün onları yandırıb.

Kərimova öz hərəkətlərini dəqiq izah edə bilməyib. O deyib ki, uşaqları onları böyütməkdən bezdiyi üçün öldürüb.

"Life" yazır ki, ilk növbədə qadın psixoloji müayinədən keçəcək. Bu, qadının sağlamlığına dair sualları cavablandırmaqda kömək olacaq.

Kərimovanın yaxınlarının fikrincə, o, uşaqlarını çox sevib və bu hadisəni törədə bilməz. Onlar əmindilər ki, bu hadisəni hazırda axtarışda olan Kərimovanın keçmiş həyat yoldaşı və uşaqların atası olmadan çözmək mümkün deyil.

Dəhşətli tapıntı

Nijeqorod vilayətinin Semenovsk rayonun Osinki kəndinin sakinləri aprelin 26-da istifadəyə yararsız tikilinin yanması ilə bağlı yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Yanğın söndürüləndə onlar dəhşətli hadisənin şahidi olublar. Burada yanmış uşaq cəsədləri aşkar edilib.

Hadisə yerinə gələn təhqiqatçılar uşaqların yanğından əvvəl öldürüldüyünü bildiriblər.

İstintaq komitəsi faktla bağlı cinayət işi açıb, uşaqların valideynlərini və şahidləri axtarmağa başlayıb.

Əməliyyatçılar bir müddət sonra uşaqların anasını həbs ediblər. İlk dindirilmə zamanı o, hadisəni etiraf edib.

2018-ci il aprelin 25-i səhər saatlarında Kərimova qızı və oğlu ilə birlikdə kirayəyə götürdüyü "KİA Rio" markalı avtomobilə əyləşib. Bundan sonra o, azyaşlıları boğub və izi itirməklə bağlı düşünüb.

O, yaxınlıqdakı benzindoldurma məntəqəsinə gedərək, yanacaq alıb, Semenovsk rayonunun Şaldej kəndinə yollanıb. Orada uşaqları yandırmaq istəyərkən meşə gözətçiləri tərəfindən tutula biləcəyini görüb və ərazidən uzaqlaşıb.

Növbəti gün o, uşaqları Osinki kəndindəki istifadəyə yararsız tikilidə yandırıb.

Motivlər

Qadının hadisəni törətmə səbəbləri məlum deyil. Kərimova deyib ki, ərindən ayrıldıqdan sonra maliyyə problemi yaşayıb, işləyə bilməyib və bu səbəbdən hadisəni törədib.

Kərimovanın 2016-cı ilədək külli miqdarda krediti olub. 2016-cı ildə kreditlərini gecikdirdiyi üçün bank tərəfindən qadından borcun məcburi tutulması ilə bağlı icra vərəqəsi hazırlanıb.

Məlum olub ki, onun həm Moskvada, həm də Nijne-Novqorodda mənzili var. O, kosmetik məhsulların internet üzərindən satılmasını təşkil edib.

Kərimovanın sosial şəbəkə hesablarında qəribə heç nə yoxdur. O, azyaşlılarla şəkillərini paylaşaraq, onları sevdiyini yazıb.

"İdeal ana"

Yaxınları Yelena Kərimovanın azyaşlıların ölümündə günahlandırılmasını yanlışlıq hesab edirlər. Onlar yorulmadan Yelenanın övladlarını çox sevdiyini təkrarlayırlar:

"Yaxşı anadır, övladlarını sevirdi. Ona böhtan atırlar. Bəs nəyə görə?"

Maraqlıdır ki, onlar uşaqların atası ilə bağlı sualdan qaçırlar.

"Ata haqqında heç nə bilmirik. Oğlan atasını xatırlamır. Onun iki yaşı var. Qız isə ana və nənəsi haqqında danışır, atası haqqında heç nə demir", - Yelenanın qonşusu Mariya deyib.

Yaxınlarının sözlərinə görə, Kərimovanın əri Azərbaycan əsillidir və Ukrayna vətəndaşıdır. Onlar iddia edirlər ki, həmin şəxs Yelenaya böhtan atmağa çalışır.

Xəbərlər     Baxılıb: 2407   Tarix: 03 may 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar qadın geyimi xına bəzəkləri kecellesme dodaq mantılar kosmetika bedii edebiyyat babasil veten haqqinda atalar sozu maraqlı eqreb